BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub
Bakı Dövlət Universiteti (BDU) 2026-cı il üzrə açıqlanan “Round University Ranking” (RUR) beynəlxalq reytinqində 189 pillə irəliləyərək Azərbaycanın ali təhsil müəssisələri arasında lider mövqeyini qoruyub. BDU müvafiq reytinq cədvəlində 636-cı yerdə qərarlaşıb ki, bu da universitetin ötənilki 825-c

Bakı Dövlət Universiteti (BDU) 2026-cı il üzrə açıqlanan “Round University Ranking” (RUR) beynəlxalq reytinqində 189 pillə irəliləyərək Azərbaycanın ali təhsil müəssisələri arasında lider mövqeyini qoruyub. BDU müvafiq reytinq cədvəlində 636-cı yerdə qərarlaşıb ki, bu da universitetin ötənilki 825-ci mövqeyi ilə müqayisədə əhəmiyyətli irəliləyiş əldə etdiyini göstərir Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, RUR reytinqi dünya üzrə ali təhsil müəssisələrinin fəaliyyətini 20 əsas göstərici əsasında qiymətləndirən beynəlxalq reytinq qurumlarından biridir. RUR reytinqi universitetlərin fəaliyyətini dörd strateji istiqamət üzrə – tədris (40%), tədqiqat (40%), beynəlmiləlləşmə (10%) və maliyyə dayanıqlılığı (10%) sahələrində ölçür Qiymətləndirmə zamanı tədris, elm və beynəlmiləlləşmə fəaliyyətləri müəyyən olunmuş müvafiq indikatorlar vasitəsilə ölçülür. Eyni zamanda, tədris və tədqiqat sahələrində reputasiya göstəriciləri hər il beynəlxalq miqyasda keçirilən akademik reputasiya sorğuları nəticələrinə əsasən müəyyənləşdirilir. Bu kompleks qiymətləndirmə metodologiyası universitetlərin tədris və tədqiqat potensialını, eləcə də onların qlobal rəqabət qabiliyyətini və institusional dayanıqlılığını vahid və sistemli yanaşma əsasında əks etdirməyə imkan verir BDU-nun əldə etdiyi bu uğur son illərdə həyata keçirilən genişmiqyaslı islahatların, tədris və elmi potensialın sistemli şəkildə gücləndirilməsinin, habelə ali məktəbin beynəlxalq nüfuzunun yüksəlməsinin məntiqi və davamlı nəticəsidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


