Tenqri
Ana Səhifə
Dünya

BBC: "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir

Texnologiya şirkəti "Meta"nın inkişaf etdirdiyi süni intellekt söhbət robotu "Instagram"dakı hesabların ələ keçirilməsində istifadə edilib "Report" BBC-yə istinadən xəbər verir ki, "Instagram" hazırda bu problemin aradan qaldırıldığını açıqlayıb Hesabların ələ keçrilməsi isə bu formada həyata keçi

0 baxışreport.az
BBC: "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir
Paylaş:

Texnologiya şirkəti "Meta"nın inkişaf etdirdiyi süni intellekt söhbət robotu "Instagram"dakı hesabların ələ keçirilməsində istifadə edilib "Report" BBC-yə istinadən xəbər verir ki, "Instagram" hazırda bu problemin aradan qaldırıldığını açıqlayıb Hesabların ələ keçrilməsi isə bu formada həyata keçirilib: "Söhbət robotundan müəyyən bir hesabı yeni bir e-poçt ünvanı ilə əlaqələndirməsi istənilib. Süni intellektin yeni ünvana göndərdiyi təsdiqləmə kodu ilə hesabların şifrələri yenilənib. Bu müddətdə "Meta"nın təhlükəsizlik tədbirlərindən yayınmaq üçün VPN vasitəsilə məkanlar fərqli göstərilib və bir çox hesab ələ keçirilib" Bu üsulla ələ keçirilən hesablar arasında ABŞ-nin keçmiş prezidenti Barak Obamanın prezidentlik dövründə istifadə etdiyi rəsmi "Instagram" səhifəsi də var "Meta"dan bildirilib ki, təhlükəsizlik boşluğunun fərqinə varıldıqdan sonra problem aradan qaldırılıb və təsirlənən hesabların bərpası üçün işlərə başlanılıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler