Bayramov Əraqçi ilə regiondakı cari vəziyyəti müzakirə etdi - Yeniləndi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və ə
.jpg&w=2048&q=70)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar C.Bayramov elan olunmuş atəşkəsi alqışlayıb. Atəşkəsin təmin olunmasının gərginliyin azaldılması, danışıqların uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından əhəmiyyəti vurğulanıb Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə də dost və qardaş Pakistanın rolu təqdir olunub Ceyhun Bayramov atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edərək, vəziyyətin diplomatik yollarla həllinin önəmini diqqətə çatdırıb, İslamabadda aparılacaq danışıqların nəticəyönümlü və məhsuldar olacağına ümidvar olduğunu bildirib Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğu Ceyhun Bayramov tərəfindən vurğulanıb Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər İran və Azərbaycanın xarici işlər nazirləri Abbas Əraqçi və Ceyhun Bayramov arasında telefon danışığı olub Publika.az xəbər verir ki, bu barədə Əraqçinin sosial şəbəkə hesablarında bildirilib "Abbas Əraqçi və Ceyhun Bayramov regiondakı son vəziyyət barədə danışıqlar aparıb, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər", - deyə qeyd olunub Söhbətin detalları açıqlanmayıb Naxçıvanda bu qanun ləğv edilə bilər Litvanın Baş naziri Azərbaycana gəldi - Foto İşdən çıxarılan müavin nazir müşaviri təyin olundu - FOTO Ceyhun Bayramov qazaxıstanlı həmkarını qəbul etdi "Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm" - Eldar Mansurov Azərbaycan ABŞ ilə İran arasında atəşkəsi alqışlayır - XİN Azərbaycanlı iş adamı milyonluq kompleks aldı Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto Xəzərdə daha bir zəlzələ oldu Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə bağlı qərar - Foto ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi Ruttenin Trampa dəstəyi: NATO İran müharibəsinə qoşula bilər Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək? "Neçə Xalq artistinin əməliyyatını etdirmişəm"


