Bayramov və Anand Azərbaycan və Kanada arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər
İyunun 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı olub Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, söhbət zamanı nazirlər Azərbaycan-Kanada əlaqələrinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini

İyunun 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı olub Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, söhbət zamanı nazirlər Azərbaycan-Kanada əlaqələrinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin qarşılıqlı maraq doğuran regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar Anita Anand Azərbaycanı ölkənin müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik edib və Kanadanın ikitərəfli münasibətlərin daha da inkişafında maraqlı olduğunu vurğulayıb Ceyhun Bayramov təbrikə görə minnətdarlığını bildirib və iki ölkə arasında müxtəlif sahələrdə siyasi dialoqun və əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd edib Tərəflər yaşıl keçid, bərpa olunan enerji, informasiya-kommunikasiya texnologiyaları (İKT), enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının nəzərdən keçirilməsinin vacibliyini vurğuladılar Bundan əlavə, regiondakı mövcud vəziyyət, münaqişədən sonrakı dövrün reallıqları, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh yolu ilə nizamlanması prosesi müzakirə olunub. Ceyhun Bayramov Kanada tərəfinə keçmiş münaqişənin tarixi, Azərbaycan ərazilərinin işğalı və onun nəticələri barədə məlumat verib, həmçinin regionda davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən səylərdən danışıb Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


