Bayıl və Badamdarda sürüşmə təhlükəsi tam aradan qalxmayıb - Coğrafiya İnstitutu
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən bu ilin yaz aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi ərazilərdə intensiv yağıntılar nəticəsində bir sıra sürüşmə hadisələri qeydə alınıb 525.az-a bu barədə institutdan məlumat verilib. Mütəxəssislərin bildirdiyinə görə, Bakı şəhər

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən bu ilin yaz aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi ərazilərdə intensiv yağıntılar nəticəsində bir sıra sürüşmə hadisələri qeydə alınıb 525.az-a bu barədə institutdan məlumat verilib. Mütəxəssislərin bildirdiyinə görə, Bakı şəhəri və Abşeron yarımadasında da müəyyən sürüşmə aktivliyi müşahidə olunub. Xüsusilə Badamdar, Bayıl yamacı, Zığ və Binəqədi ərazilərində torpaq qatının hərəkəti ilə bağlı lokal risklər yenidən gündəmə gəlib Qeyd olunub ki, aprel ayında yağan intensiv yağışlardan sonra Bayıl yamacında yeni çatların əmələ gəlməsi müşahidə edilib, bəzi ərazilərdə isə istinad divarlarının dayanıqlığı zəifləyib. Badamdar sürüşmə zonasında əvvəlki illərdə həyata keçirilən mühəndis-bərkitmə tədbirlərinə baxmayaraq, qrunt sularının səviyyəsinin yüksəlməsi səbəbindən risk tam aradan qalxmayıb İnstitutun mütəxəssisləri vurğulayıblar ki, Abşeron yarımadasında antropogen yüklənmə, intensiv tikinti fəaliyyəti və təbii drenaj sistemlərinin pozulması sürüşmə risklərini artıran əsas amillərdən biri olaraq qalır


