Tenqri
Ana Səhifə
Dünya

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Zəngilan rayonunun Bartaz dağları ərazisində Bezoar dağ keçiləri müşahidə edilib. Azərbaycanın nadir vəhşi heyvanlarından sayılan bu növün bölgədə görünməsi ərazidə bioloji müxtəlifliyin qorunması və təbii ekosistemin bərpası baxımından mühüm hadisədir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bezoa

0 baxışazertag.az
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
Paylaş:

Zəngilan rayonunun Bartaz dağları ərazisində Bezoar dağ keçiləri müşahidə edilib. Azərbaycanın nadir vəhşi heyvanlarından sayılan bu növün bölgədə görünməsi ərazidə bioloji müxtəlifliyin qorunması və təbii ekosistemin bərpası baxımından mühüm hadisədir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bezoar dağ keçiləri əsasən dik qayalıqlarda və dağ yamaclarında məskunlaşır. Uzun və geriyə doğru əyilən buynuzları ilə seçilən bu heyvanların erkəklərinin çəkisi 50–90 kiloqrama çata bilir. Onlar əsasən otlar, yarpaqlar və müxtəlif kol bitkiləri ilə qidalanır Qeyd edək ki, Bezoar dağ keçisi Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib və onun ovlanması qanunvericiliklə qadağan olunub Zəngilan rayonu Azərbaycanın flora və fauna baxımından ən zəngin bölgələrindən biridir. Rayonun dağlıq və meşəlik ərazilərində ayı, canavar, çaqqal, tülkü, cüyür, Bezoar dağ keçisi və digər məməli heyvanlar yaşayır. Bölgə, həmçinin qartal, şahin, kəklik, qırqovul və müxtəlif quş növləri üçün əlverişli mühit hesab olunur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler