Barskoon-Bedel avtomobil yolu: İki tunel və 50-dən çox körpü tikilir
Bişkek, 12.06.26. /Xəbərlər/. Qırğızıstanda strateji əhəmiyyət kəsb edən Barskoon-Bedel yolunun tikintisi sürətlə davam edir Nəqliyyat və Rabitə Nazirliyindən Azadinform-a verilən məlumata görə, 161 kilometr uzunluğunda olan yolun geodeziya və mühəndislik işləri başa çatdırılıb, layihə sənədləri h

Bişkek, 12.06.26. /Xəbərlər/. Qırğızıstanda strateji əhəmiyyət kəsb edən Barskoon-Bedel yolunun tikintisi sürətlə davam edir Nəqliyyat və Rabitə Nazirliyindən Azadinform-a verilən məlumata görə, 161 kilometr uzunluğunda olan yolun geodeziya və mühəndislik işləri başa çatdırılıb, layihə sənədləri hazırlanıb Bundan əlavə, Süok və Aşuu-Suu tunellərində qazıntı işləri aparılır. Viyadük körpüləri üçün bünövrə tirlərinin quraşdırılmasına başlanılıb. Həmçinin tikintini və insanların hərəkətini asanlaşdırmaq üçün Karasay çayı üzərində 60 metrlik müvəqqəti körpü tikilərək istifadəyə verilib Hazırda tikintidə 1100-dən çox işçi çalışır və tezliklə onların sayının 1500-2500 nəfərə çatdırılması nəzərdə tutulur Tikinti işləri təsdiq edilmiş qrafikə uyğun olaraq sürətlə davam etdirilir. Layihənin əsas işlərinin 2029-cu ildə başa çatdırılması, yolun isə 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılır


