"Barselona"nın futbolçusu çempionat matçını buraxacaq
"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq İspaniya çempionatının növbəti oyununda komandasına kömək edə bilməyəcək 525.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Hans-Diter Flik bildirib: "Ötən matçda oyun vaxtını futbolçular arasında böldük. İndi fərqli bir heyət olacaq. Frenki de Yonq

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq İspaniya çempionatının növbəti oyununda komandasına kömək edə bilməyəcək 525.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Hans-Diter Flik bildirib: "Ötən matçda oyun vaxtını futbolçular arasında böldük. İndi fərqli bir heyət olacaq. Frenki de Yonq hazır deyil, o, özünü yaxşı hiss etmir. Reşforda gəlincə, müəyyən ümidlər var, lakin o da start heyətində yer almayacaq" Qeyd edək ki, hər iki futbolçu komandanın məşqində iştirak etməyib. La Liqanın 37-ci turu çərçivəsində keçiriləcək "Barselona" - "Betis" qarşılaşması mayın 17-də baş tutacaq


