Tenqri
Ana Səhifə
Dünya

Başınızı qaldırın, nə ilə qarşılaşacağınızı görün: Bakıdan erməni müxalifətinə xəbərdarlıq

Ermənistanda seçki öncəsi siyasi ab-hava getdikcə gərginləşir. Avropa İttifaqı Paşinyanın hakimiyyətdə qalmasına dəstək verməyə çalışdığı halda, Rusiya daha çox müxalif qüvvələrin güclənməsində maraqlıdır. Müxalifət düşərgəsi isə seçki kampaniyasını əsasən “müharibə ritorikası” üzərində qurub. Onlar

0 baxışpublika.az
Başınızı qaldırın, nə ilə qarşılaşacağınızı görün: Bakıdan erməni müxalifətinə xəbərdarlıq
Paylaş:

Ermənistanda seçki öncəsi siyasi ab-hava getdikcə gərginləşir. Avropa İttifaqı Paşinyanın hakimiyyətdə qalmasına dəstək verməyə çalışdığı halda, Rusiya daha çox müxalif qüvvələrin güclənməsində maraqlıdır. Müxalifət düşərgəsi isə seçki kampaniyasını əsasən “müharibə ritorikası” üzərində qurub. Onlar Qarabağ müharibəsinin bitmədiyini iddia edir və Azərbaycana qarşı yenidən ərazi iddiaları səsləndirirlər Publika.az bu fonda vəziyyəti dəyərləndirmək üçün Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyova müraciət edib. O, mövcud proseslər və mümkün ssenarilərlə bağlı danışıb Rasim Musabəyov bildirdi ki, Ermənistan müxalifətinin səsləndirdiyi hərbi ritorika reallıqdan uzaqdır: “Qələt eləyərlər, başlarını divara vurarlar. Müxalifət qalib gəlsə belə, cəsarət edib Azərbaycana müharibə elan etmək, yaxud bizim torpaqlara soxulmaq gücündə deyillər və nə indi, nə də beş il sonra buna cəsarət tapa bilməyəcəklər” Deputat qeyd etdi ki, əgər belə bir addım atılarsa, bunun nəticələri Ermənistan üçün çox ağır olacaq: “Buyursunlar. Bizə də elə fürsət lazımdır ki, onları tam şəkildə sıradan çıxaraq. Ona görə də bu cür avantüraya getməzlər” Politoloq vurğuladı ki, hazırda Ermənistanda əsas proses daxili siyasi mübarizədir: “Onlar deyirlər ki, sülh müqaviləsinə təminatçı lazımdır və bu halda Qarabağ ermənilərinin qayıdışına xüsusi önəm verilməlidir. Amma biz bunu yaxın buraxası deyilik” Ermənistanda hakimiyyət uğrunda mübarizədə müxtəlif ssenarilərin müzakirə olunduğunu deyən Rasim Musabəyov əlavə etdi ki, Karapetyanın baş nazir olması real deyil, amma müxalifət çoxluq əldə etsə, Köçəryanı yenidən hakimiyyətə gətirmək planları var O, həmçinin qeyd etdi ki, belə bir halda Azərbaycan sülh danışıqlarını davam etdirməyə bilər: “Əgər Köçəryan baş nazir olsa, Azərbaycan Ermənistanla danışıqları davam etdirməyəcək” Politoloq sonda vurğuladı ki, təşviş üçün əsas yoxdur: “Təşviş onlarda olmalıdır, bizdə yox. Azərbaycan öz istədiyini artıq edib. Onlar danışıqları uzada bilərlər, başqa çıxış yolları yoxdur. Azərbaycan tərəfinin əlavə ehtiyat tədbirləri görməsinə ehtiyac yoxdur. Qoy əvvəlcə başlarını qaldırsınlar, onda görəcəklər ki, nə ilə qarşılaşacaqlar” Müəllif: Adəm Abbaslı Tehranın təklifində Hörmüz planı: İran, yoxsa ABŞ geri çəkiləcək? Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir? Şam yeməyində atəş: Trampa hücumun pərdəarxası - Sifarişi kim verib? Bakının ev sahibliyi: Rusiya-Ukrayna danışıqları Azərbaycanda keçirilə bilər Humanitar dəstək və tərəfsiz siyasət: Azərbaycan-Ukrayna münasibətlərində prioritetlər Xarici diplomatları da dəhşətə gətirən erməni vandalizmi - Fotofaktlar Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir "Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya May ayının istirahət günləri açıqlandı

Kaynak: publika.az

Diğer Haberler