Tenqri
Ana Səhifə
İqtisadiyyat

Bank Respublika növbəti dəfə AYİB tərəfindən Azərbaycanın ən fəal emitent bankı seçilib (FOTO)

Bank Respublika AYİB-in Riqada keçirilən İllik Toplantısında daha bir mükafata layiq görülüb! Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankının Ticarətin Asanlaşdırılması Proqramı (TFP) çərçivəsində 2025-ci il üçün “Azərbaycanın Ən Fəal Emitent Bankı” seçilib. Mükafat Bankın ticarətin maliyyə

0 baxıştrend.az
Bank Respublika növbəti dəfə AYİB tərəfindən Azərbaycanın ən fəal emitent bankı seçilib (FOTO)
Paylaş:

Bank Respublika AYİB-in Riqada keçirilən İllik Toplantısında daha bir mükafata layiq görülüb! Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankının Ticarətin Asanlaşdırılması Proqramı (TFP) çərçivəsində 2025-ci il üçün “Azərbaycanın Ən Fəal Emitent Bankı” seçilib. Mükafat Bankın ticarətin maliyyələşdirilməsi sahəsində güclü performansının və etibarlı maliyyə tərəfdaşı kimi mövqeyinin növbəti beynəlxalq tanınması kimi xidmət edir Mükafatlandırma mərasimi AYİB Rəhbərlər Şurasının Riqada keçirilən İllik Toplantısı zamanı baş tutub. Qeyd edək ki, artıq dördüncü ildir ki, Bank Respublika bu nüfuzlu mükafatı alır Bu nailiyyət Bank Respublika-nın beynəlxalq maliyyə institutları ilə güclü tərəfdaşlığını, eləcə də ticarətin maliyyələşdirilməsi komandasının ardıcıl və peşəkar fəaliyyətini əks etdirir. Eyni zamanda, mükafat Azərbaycanın beynəlxalq və regional ticarətdə artan rolunun və ölkənin bank sektorunun artan gücünün təzahürü kimi də qiymətləndirilə bilər Bank Respublika biznes və korporativ müştərilərə müasir ticarətin maliyyələşdirilməsi məhsulları və xidmətləri təklif etməkdə davam edir. Milli iqtisadiyyatın davamlı inkişafının dəstəklənməsi, biznesin beynəlxalq bazarlara çıxışının genişləndirilməsi və xarici ticarət əlaqələrinin gücləndirilməsi Bankın əsas strateji prioritetləri sırasındadır

Kaynak: trend.az

Diğer Haberler