Tenqri
Ana Səhifə
Dünya

ABB Bank İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialla təmsil olunur

Bu gün Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları işə başlayıb. İllik görüşlər “Dayanıqlı tərəqqi üçün regional inteqrasiya” devizi altında keçirilir. Bu əlamətdar hadisə Qrupun 57 üzv ölkəsindən liderləri və tərəfdaşları bir araya gətirir, birgə inkişafı gücləndirmək və yeni əməkdaşlıq

0 baxışhaqqin.az
ABB Bank İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialla təmsil olunur
Paylaş:

Bu gün Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları işə başlayıb. İllik görüşlər “Dayanıqlı tərəqqi üçün regional inteqrasiya” devizi altında keçirilir. Bu əlamətdar hadisə Qrupun 57 üzv ölkəsindən liderləri və tərəfdaşları bir araya gətirir, birgə inkişafı gücləndirmək və yeni əməkdaşlıq imkanları yaratmaq üçün mühüm platforma rolunu oynayır Görüşlərin keçirildiyi Bakı Konqres Mərkəzində ABB Bank İslam bankçılığı konsepsiyasına uyğun yaradılmış rəqəmsal filialla təmsil olunur. Tədbir iştirakçıları burada müxtəlif əməliyyatlar həyata keçirə və ABB Bankın xidmətlərindən istifadə edə bilərlər Qeyd edək ki, bu ilin aprel ayından etibarən ABB Bank Azərbaycan Mərkəzi Bankının xüsusi tənzimləmə rejimi çərçivəsində müştərilərinə İslam bankçılığının alətlərindən biri olan Murabaha mexanizmi üzrə maliyyə məhsullarını təklif etməyə başlayıb. Bu məhsullar bütün hüquqi şəxslər və fərdi sahibkarlar üçün mövcuddur Murabaha məhsulu sahibkarlara mal və ya aktivlərin alışını bank vasitəsilə maliyyələşdirmək imkanı verir. Maliyyələşdirmə müddəti 1 ildən 3 ilə qədərdir ABB Bankın müasir, faydalı və universal məhsul və xidmətləri haqqında məlumatı Bankın filial və ofislərindən, https://abb-bank.az/ rəsmi internet saytından, 937 nömrəli Məlumat Mərkəzindən, habelə Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar

Kaynak: haqqin.az

Diğer Haberler