ABB Bank Enerji Effektivliyi Fondundan istifadə etməklə güzəştli kreditlər verəcək
ABB Bank və Enerji Tənzimləmə Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə Enerji Səmərəliliyi Fondundan müvəkkil kredit təşkilatı vasitəsilə güzəştli kreditlərin verilməsini nəzərdə tutur Sənədi ABB Bank-ın İdarə Heyətinin sədr müavini Nərgizxanım Bilyandarlı və Enerji Məsələlərin

ABB Bank və Enerji Tənzimləmə Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə Enerji Səmərəliliyi Fondundan müvəkkil kredit təşkilatı vasitəsilə güzəştli kreditlərin verilməsini nəzərdə tutur Sənədi ABB Bank-ın İdarə Heyətinin sədr müavini Nərgizxanım Bilyandarlı və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov imzalayıblar ABB Bank və Enerji Tənzimləmə Agentliyi arasında bu əməkdaşlıq ölkəmizdə müvafiq Fondun vəsaitlərindən istifadə etməklə enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsini stimullaşdırmaq üçün güzəştli kreditlərin verilməsinin əsasını qoyur Tərəflər müvafiq fəaliyyətin stimullaşdırılması və müştərilərin, o cümlədən kiçik və orta biznesin geniş auditoriyasının bu imkanlardan istifadəsini təmin etmək məqsədilə enerji səmərəliliyi üzrə Fonddan 15 ilədək müddətə, illik 5 faizlə, 10 milyon manatadək məbləğdə güzəştli kreditlərin verilməsi imkanlarının yaradılması barədə razılığa gəliblər Güzəştli kreditlərin verilməsi, onların şərtləri, uçotu, təyinatı üzrə istifadəsinə nəzarət (monitorinq), vəsaitlərin qaytarılması, habelə müvəkkil kredit təşkilatının Agentliyə hesabat verməsi ilə bağlı münasibətlərin tənzimlənməsi məsələləri də razılaşdırılıb Xatırladaq ki, Enerji Səmərəliliyi Fondu Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli fərmanı ilə yaradılmışdır. Fonda Enerji Məsələlərini Tənzimləmə Agentliyi rəhbərlik edir ABB Bankın müasir, faydalı və universal məhsul və xidmətləri haqqında ətraflı məlumatı Bankın filial və ofislərində, https://abb-bank.az/ rəsmi internet saytından, 937 Məlumat Mərkəzinə zəng etməklə, habelə Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək olar
.webp&w=2048&q=70)

