Tenqri
Ana Səhifə
Siyasət

Banqladeş WUF13-də davamlı urbanizasiya, enerji səmərəliliyi layihələrini nümayiş etdirir

BAKI, Azərbaycan, 19 may. Banqladeş 13-cü Ümumdünya Şəhər Forumunda (WUF13) davamlı urbanizasiyanın təşviqinə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələrini təqdim edib. Trend -in məlumatına görə, bunu Banqladeşin Mənzil və İctimai İşlər Nazirliyi yanında Milli Mənzil Qurumunun (NHA)

0 baxıştrend.az
Banqladeş WUF13-də davamlı urbanizasiya, enerji səmərəliliyi layihələrini nümayiş etdirir
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Banqladeş 13-cü Ümumdünya Şəhər Forumunda (WUF13) davamlı urbanizasiyanın təşviqinə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələrini təqdim edib. Trend -in məlumatına görə, bunu Banqladeşin Mənzil və İctimai İşlər Nazirliyi yanında Milli Mənzil Qurumunun (NHA) sədri Ferdousi Begum deyib O, bu barədə WUF13 çərçivəsində keçirilən D-8 Ölkələrinin Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu panel sessiyasında məlumat verib Onun sözlərinə görə, Banqladeş davamlı urbanizasiyaya təkcə ekoloji zərurət kimi deyil, həm də inklüziv iqtisadi artım, iqlimə davamlılıq və enerji təhlükəsizliyi üçün əsas alət kimi baxır "Dünyanın ən sürətli urbanizasiya proseslərindən birini keçən ölkələrdən biri olan Banqladeş mənzil, infrastruktur və enerji sistemlərinin koordinasiyalı inkişafına xüsusi önəm verir. Karbon emissiyalarının azaldılması və enerjiyə qənaət edən inkişaf modelinə keçid bizim əsas prioritetlərimizdəndir", - o deyib Təqdimat zamanı vurğulanıb ki, Banqladeş aztəminatlı və həssas qruplar üçün münasib qiymətə, iqlimə davamlı və enerjiyə qənaətcil mənzillərlə təmin etmək üçün layihələr həyata keçirir. "Dəkkə Şəhər İnkişafı Layihəsi günəş enerjisi, rəqəmsallaşma, yaşıl yaşayış mühiti və məşğulluq dəstəyini birləşdirir. Ölkə aşağı karbonlu şəhər inkişafı istiqamətində bərpa olunan enerji, yaşıl tikinti, enerjiyə qənaət edən nəqliyyat və dayanıqlı nəqliyyat sistemlərinin inkişafını sürətləndirir." Begum qeyd edib ki, Banqladeş qeyri-mərkəzləşdirilmiş günəş enerjisi sahəsində əldə etdiyi nailiyyətlərə görə beynəlxalq səviyyədə tanınıb və hazırda damdakı günəş panellərinin, eləcə də günəş enerjisi ilə işləyən ictimai obyektlərin sayını artırır "Dayanıqlı urbanizasiya və enerji keçidi insan mərkəzli, inklüziv və əlverişli olmalıdır və şəhərlər həm emissiyaları azaltmalı, həm də insanların rifahını yaxşılaşdırmalıdır" deyə Banqladeş rəsmisi əlavə etdi Bu arada Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler