Balaxanı neftçiləri Ümumdünya Ətraf Mühit Günü ərəfəsində tarixi qəsəbəni təmizləyiblər
Balaxanı neftçiləri 5 İyun - Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ölkədə keçirilən ictimai iməciliklərə qoşularaq hasilat şirkətinin ətrafındakı ərazilərdə təmizlik aksiyası keçiriblər AZƏRTAC xəbər verir ki, Balaxanı qəsəbəsinin ekoloji sağlamlığına töhfə olan bu tədbirdə məqsəd həm də təmiz ətra

Balaxanı neftçiləri 5 İyun - Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ölkədə keçirilən ictimai iməciliklərə qoşularaq hasilat şirkətinin ətrafındakı ərazilərdə təmizlik aksiyası keçiriblər AZƏRTAC xəbər verir ki, Balaxanı qəsəbəsinin ekoloji sağlamlığına töhfə olan bu tədbirdə məqsəd həm də təmiz ətraf mühitin hər bir icmanın əsası olduğunu xatırlatmaq olub. Aksiya çərçivəsində yaşayış evlərinin yaxınlığında, Vətən Müharibəsi Qəhrəmanı Türkman Məmmədovun adına salınan bulağı əhatə edən ərazi təmizlənib, toplanan məişət tullantıları təhvil verilib Xatırladaq ki, dövlətimizin başçısının xüsusi diqqəti və qayğısı nəticəsində Bakının ən qədim yaşayış yerlərindən biri olan Balaxanının son illərdə yeni dövrü başlayıb. Ölkə rəhbərliyinin tapşırıqları nəticəsində burada geniş miqyaslı ekoloji işlər həyata keçirilib. Burada hasilat işləri aparan “Balakhani Operating Company LTD” prezidentinin Ətraf Mühitin Mühafizəsi üzrə müavini Ramil Əliyev bugünkü təmizlik aksiyasında vurğulayıb ki, Balaxanı neftçiləri öz məsuliyyətini yalnız enerji istehsalı ilə məhdudlaşdırmır. Şirkət fəaliyyət göstərdiyi ərazilərdə və onların ətrafında yaşıllıq sahələrini genişləndirməklə, mütəmadi ağacəkmə təşəbbüsləri və təmizlik aksiyaları keçirməklə bu torpaqların ekoloji dayanıqlığının gücləndirilməsinə də xidmət edir Son iki ildə hasilat şirkəti tərəfindən bu məqsədlə 15 mindən çox ağac əkilib. Onlar əsasən Eldar şamı, zeytun və sərv ağaclarıdır ki, onlar boy atdıqca Abşeron yarımadasının iqliminə asan uyğunlaşaraq eroziyanın qarşısını alır və sənaye təsirinə uğramış torpaqların ekoloji bərpasını təmin edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


