Tenqri
Ana Səhifə
Dünya

"Bal hər zaman abituriyentin potensialının tam göstəricisi sayılmır" - Şura katibi

“Abituriyentlərin bəziləri ixtisas qrupunu seçəndə daha çox cəmiyyətin formalaşdırdığı prestijli sahə anlayışına, valideyn yönləndirməsinə və ya dost mühitinin təsirinə əsaslanır. Sonradan anlayırlar ki, seçdikləri istiqamət onların real maraq və bacarıqları ilə tam uyğun gəlmir, amma artıq dəyişikl

0 baxış525.az
"Bal hər zaman abituriyentin potensialının tam göstəricisi sayılmır" - Şura katibi
Paylaş:

“Abituriyentlərin bəziləri ixtisas qrupunu seçəndə daha çox cəmiyyətin formalaşdırdığı prestijli sahə anlayışına, valideyn yönləndirməsinə və ya dost mühitinin təsirinə əsaslanır. Sonradan anlayırlar ki, seçdikləri istiqamət onların real maraq və bacarıqları ilə tam uyğun gəlmir, amma artıq dəyişiklik etməkdən çəkinirlər. Çünki bu dəyişiklik bəzi hallarda uğursuzluq kimi qəbul edilir” Bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova 525.az-a bildirib. Katib qeyd edib ki, şagirdlərdə “vaxt itirərəm”, “yenidən başlamaq çətin olar”, “ailəm razı olmaz” kimi psixoloji baryerlər də olur. Xüsusilə imtahan təzyiqi altında olan yeniyetmə üçün istiqamət dəyişmək bəzən risk kimi görünür. Halbuki düzgün istiqamət seçilməyəndə sonradan universitetdə motivasiya itkisi, peşədən narazılıq və hətta karyera dəyişiklikləri daha çox yaşanır. Bəzən şagird riyaziyyatdan yüksək nəticə göstərir, amma özü sosial sahələrə maraqlıdır, ya da əksinə. Sadəcə bal üstünə qərar verilir. Bal isə hər zaman potensialın tam göstəricisi olmur

Kaynak: 525.az

Diğer Haberler

"Bal hər zaman abituriyentin potensialının tam göstəricisi sayılmır" - Şura katibi | Tenqri