"Baku TV"də Böyük Qayıdışa həsr olunan yeni layihəyə start verilib
"Baku TV" Azərbaycanın müasir tarixinin ən mühüm mərhələlərindən birinə həsr olunan yeni sənədli film layihəsinə start verib "Report" xəbər verir ki, "Gör nələri qaytarmışıq" adlanan layihə çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərin tarixi, strateji, iqtisadi və mədən

"Baku TV" Azərbaycanın müasir tarixinin ən mühüm mərhələlərindən birinə həsr olunan yeni sənədli film layihəsinə start verib "Report" xəbər verir ki, "Gör nələri qaytarmışıq" adlanan layihə çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərin tarixi, strateji, iqtisadi və mədəni əhəmiyyəti, işğal nəticəsində Azərbaycanın hansı sərvətlərdən və dəyərlərdən məhrum qaldığı araşdırılır Layihə tamaşaçılara yalnız itkilərimizi deyil, həm də Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində geri qaytarılan torpaqları, sərvətləri, tarixi irsi və yenidən canlanan həyatı göstərməyi qarşısına məqsəd qoyur. Bu mənada film silsiləsi Azərbaycanın nələri itirdiyini və bu gün nələri geri qazandığını bir daha ortaya qoyur Layihənin ilk filmi "Gör nələri qaytarmışıq… Qarabağın şimal qapısı – Ağdərə" adlanır Film Ağdərənin zəngin təbiətindən, strateji əhəmiyyətindən, işğal illərində yaşadığı ağır taledən və Vətən müharibəsindən sonra başlayan yeni həyatından bəhs edir Sənədli filmdə Sərsəng su anbarı, Suqovuşan, Talış, Həsənriz, Çapar, İmarət-Qərvənd və digər yaşayış məntəqələri haqqında geniş məlumat təqdim edilir, bölgədə aparılan yenidənqurma işləri, həyata qayıdan kəndlər və doğma yurdlarına dönən sakinlərin hekayələri ekranlaşdırılır Layihənin əsas məqsədi yalnız azad edilmiş torpaqları göstərmək deyil. Məqsəd Azərbaycan xalqına və dünya ictimaiyyətinə bir daha xatırlatmaqdır ki, biz yalnız əraziləri yox, həm də tariximizi, yaddaşımızı, həyatımızı və gələcəyimizi geri qaytarmışıq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


