Tenqri
Ana Səhifə
Siyasət

Bakı CNN-dən Azərbaycana qarşı saxta ittihamları təkzib etməyi tələb edir

İyunun 5-də CNN World saytında dərc olunmuş məqalədə yer alan Azərbaycan ərazisinin İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edildiyi, habelə İsrailə məxsus qüvvələrin bu ölkədə yerləşdirilməsi ilə bağlı iddialar tamamilə əsassızdır və biz onları qətiyyətlə rədd edirik Day.Az

0 baxışday.az
Bakı CNN-dən Azərbaycana qarşı saxta ittihamları təkzib etməyi tələb edir
Paylaş:

İyunun 5-də CNN World saytında dərc olunmuş məqalədə yer alan Azərbaycan ərazisinin İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edildiyi, habelə İsrailə məxsus qüvvələrin bu ölkədə yerləşdirilməsi ilə bağlı iddialar tamamilə əsassızdır və biz onları qətiyyətlə rədd edirik Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin CNN World-də Azərbaycanla bağlı dərc olunan əsassız iddialara şərhində deyilir Qeyd olunur ki, məqalədə yer alan iddialar Azərbaycan tərəfi tərəfindən dəfələrlə təkzib edilib və onun sorğusuna cavab olaraq əvvəlcədən CNN-in redaksiyasına müvafiq rəsmi mövqe göndərilib “Anonim mənbələrə əsaslanan, heç bir inandırıcı sübut təqdim edilmədən və Azərbaycanın rəsmi mövqeyini nəzərə almadan bəyanatların dərc edilməsi obyektivlik, qərəzsizlik və peşəkar jurnalist etikası prinsiplərinə ziddir Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmənçilik hərəkətləri üçün istifadə edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Ölkəmiz heç vaxt öz ərazisindən belə məqsədlər üçün istifadə olunmasına icazə verməyib və verməyəcək Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə sadiqdir. Bu cür əsassız və dəstəklənməyən bəyanatlar dezinformasiyaya yönəlmiş növbəti cəhddir CNN-in əsassız ittihamları ehtiva edən bu nəşri təkzib edəcəyini gözləyirik”, - deyə Ayxan Hacızadə əlavə edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

Баку требует от CNN опровергнуть ложные обвинения в адрес Азербайджана | Tenqri