Bakıda 7-ci Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu keçiriləcək - Marijana Kujundziç
BAKI, Azərbaycan, 14 may. Gələn həftə Bakıda 7-ci Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Aİ-nin səfiri Marijana Kujundziç paytaxtda Avropa Gününə həsr olunmuş tədbirdə bildirib “Gələn həftə Bakıda 7-ci Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu keçiriləcək və

BAKI, Azərbaycan, 14 may. Gələn həftə Bakıda 7-ci Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Aİ-nin səfiri Marijana Kujundziç paytaxtda Avropa Gününə həsr olunmuş tədbirdə bildirib “Gələn həftə Bakıda 7-ci Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu keçiriləcək və Aİ nümayəndələri Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunda iştirak edəcəklər” Kujundziç qeyd edib ki, bu il xüsusilə vacibdir, çünki Aİ Azərbaycanla tərəfdaşlığının 30 illiyini qeyd edir "Otuz il əvvəl biz etimad, sabitlik və ortaq perspektiv münasibətlərinə çevrilmiş tərəfdaşlığa başlamışıq. Bu illər ərzində Azərbaycan Aİ üçün mühüm və etibarlı enerji tərəfdaşına çevrilib və biz Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmaqdan qürur duyuruq Ən əsası, bu il biz Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə danışıqlara başladıq. Bu danışıqlar təmiz enerji, ticarət, iqtisadiyyatın diversifikasiyası və bir çox digər sahələrdə əməkdaşlığımız üçün müasir və iddialı çərçivə təmin edəcək. Əlaqələrimizin intensivləşdirilməsi xalqlarımız üçün firavan gələcək qurmaq öhdəliyimizi nümayiş etdirir”, - deyə səfir əlavə edib


