Baku Steel Company Xalça Festivalında Polad Sənətini Təqdim etdi (FOTO)
“Baku Steel Company” QSC 1-3 may 2026-cı il tarixlərində keçirilən III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikasını, müasir incəsənəti və milli irsin motivlərini bir araya gətirən ekspozisiya təqdim edib Festival Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiya

“Baku Steel Company” QSC 1-3 may 2026-cı il tarixlərində keçirilən III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikasını, müasir incəsənəti və milli irsin motivlərini bir araya gətirən ekspozisiya təqdim edib Festival Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi, “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunub. Tədbirin tərəfdaşı qismində “Baku Steel Company” QSC (bundan sonra – BSC) çıxış edib Bu il festivalın beynəlxalq coğrafiyası genişlənib. Ötənilki iştirakçılara Qırğızıstan, Mərakeş, Nepal və Meksika qoşulmuşdu - Azərbaycan, Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Türkmənistan və Gürcüstan Festivalın tərəfdaşı kimi BSC həmçinin “Bakı Polad Sənəti” Beynəlxalq Metal Simpoziumları çərçivəsində yaradılmış əsərləri təqdim edərək tədbirə dəstək verib: Rumıniyalı heykəltəraş Petre Virgiliu Moqosanunun “Məhdud məkanda hərəkət”, azərbaycanlı heykəltəraşın “İntizam transformasiyanın nəticəsidir”, Azərbaycanlı heykəltəraş Teymur Qaribovun “Nizam-intizam” və “İntizam transformasiyanın nəticəsidir”. Su, Həyat Yox” Gürsel Ələmşahov Xüsusilə festival üçün yaradılmış “Polad düyünlər” instalyasiyası xüsusi diqqət çəkir: Azərbaycan xalçaçılıq sənətinin Qarabağ qrupundan ilhamlanaraq, armaturdan hazırlanmış konstruksiya daxilində qurulmuş, poladın sənaye estetikası ilə ənənəvi ornamentasiyanı birləşdirən tapmacaya bənzər kompozisiya BSC-nin Beynəlxalq Xalça Festivalında iştirakı şirkətin sosial-mədəni layihələrə verdiyi önəmi, həmçinin “Baku Steel Art” platforması vasitəsilə sənaye və incəsənəti bir araya gətirmək üçün ardıcıl səylərini əks etdirir. Layihə şirkətin Azərbaycanın mədəni irsinin populyarlaşdırılmasına və beynəlxalq səviyyədə tanıdılmasına verdiyi töhfəni vurğulayır “Baku Steel Company” QSC tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edən Cənubi Qafqazın ən iri metallurgiya müəssisəsidir Əlavə məlumat üçün: www.bakusteel.com


