Bakıda həftəsonu “Arzuların nöqtəsi” musiqi festivalı keçiriləcək
BAKI, Azərbaycan, 6 may. İçərişəhərdəki Qoşa Qala meydanı mayın 10-da musiqi və yaradıcılıq məkanına çevriləcək İlk dəfə "Arzuların Nöqtəsi" inklüziv musiqi festivalı tamaşaçıları fərqli və ruhlandırıcı atmosferə dəvət edir Festival Beynəlxalq Musiqi Təhsili Mərkəzinin (IMEC) təşkilatçılığı və tə

BAKI, Azərbaycan, 6 may. İçərişəhərdəki Qoşa Qala meydanı mayın 10-da musiqi və yaradıcılıq məkanına çevriləcək İlk dəfə "Arzuların Nöqtəsi" inklüziv musiqi festivalı tamaşaçıları fərqli və ruhlandırıcı atmosferə dəvət edir Festival Beynəlxalq Musiqi Təhsili Mərkəzinin (IMEC) təşkilatçılığı və təşəbbüsü, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və dəstəyi, Heydər Əliyev Fondunun, Bakı Media Mərkəzinin və PAŞA Holdinqin dəstəyi ilə keçirilir Layihə inklüzivliyin gücünü, yaradıcılığın sərhədsizliyini və musiqinin birləşdirici rolunu vurğulayır. Uşaq və gənclərin iştirakı ilə təqdim olunacaq proqram onların istedadlarını üzə çıxarmaqla yanaşı, cəmiyyətə güclü sosial mesaj da verir Festival çərçivəsində Azərbaycan kinosunun klassik səhnələri musiqi formatında yeni səhnə həyatı qazanacaq. Canlanan səhnələr vasitəsilə milli irs yeni nəfəs, yeni tamaşaçı ilə görüşəcək. Canlı musiqi, müxtəlif janrlı çıxışlar, dinamik fleşmoblar tədbirə xüsusi ritm qatacaq “Arzular nöqtəsi” musiqi və insanları bir məkanda birləşdirərək Bakının yaddaqalan mədəniyyət hadisələrindən birinə çevrilməyi hədəfləyir


