Bakı Təşəbbüs Qrupu Amritsar hadisələrinin ildönümü ilə bağlı kadrları paylaşıb (VİDEO)
BAKI, Azərbaycan, 5 iyun. Bakı Təşəbbüs Qrupunun sosial media hesablarında 1984-cü il Amritsar hadisələrinin ildönümü ilə bağlı kadrlar paylaşılıb İyunun 3-də Bakı Dövlət Universitetində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “1984-cü ilin iyunu, Amritsar hadisələri: Hindistanın soyqırım kontek

BAKI, Azərbaycan, 5 iyun. Bakı Təşəbbüs Qrupunun sosial media hesablarında 1984-cü il Amritsar hadisələrinin ildönümü ilə bağlı kadrlar paylaşılıb İyunun 3-də Bakı Dövlət Universitetində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “1984-cü ilin iyunu, Amritsar hadisələri: Hindistanın soyqırım kontekstində etnik azlıqlara qarşı transmilli repressiyaları” mövzusunda beynəlxalq konfrans keçirilib Azərbaycanda ilk dəfə keçirilən tədbirdə Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri iştirak ediblər Tədbirdə Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə sikx və dalit diasporlarının nümayəndələrinə və onların ailə üzvlərinə qarşı iddia edilən transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəmində saxlanması məsələləri müzakirə olunub Konfransda həmçinin 1984-cü ilin iyununda Amritsar hadisələri zamanı sikh icmasına və onların dini və mədəni dəyərlərinə qarşı hücumlar, zorakılıq aktları və insan itkiləri, habelə bu hadisələrə beynəlxalq hüquqi qiymət verilməsi və etnik azlıqların hüquqları ilə bağlı Hindistanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə olunub 1984-cü il iyunun əvvəlində Hindistan hökuməti sikh icmasının ən müqəddəs dini yerlərindən biri sayılan Amritsarda Harmandir Sahib (Qızıl məbəd) kompleksinə qarşı silahlı əməliyyat keçirdi. Beynəlxalq qeyri-hökumət təşkilatlarının, müstəqil mənbələrin və şahidlərin verdiyi məlumatlara görə, Amritsar və ətraf ərazilərdə 8 minə qədər mülki şəxs öldürülüb https://www.instagram.com/p/DZMYhHgte49/ https://www.youtube.com/watch?v=S6KxQC-zHQo https://www.facebook.com/share/v/1AqSjpPGZi/ https://www.tiktok.com/@bakuinitiativegroup/video/ https://x.com/bakuinitiative/status/ https://www.linkedin.com/feed/update/urn:li:activity:
Diğer Haberler

XİN: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır

Nazir: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir
