Bakı və Kiyev əməkdaşlığın perspektivlərini müzakirə ediblər - FOTO
İyunun 2-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal ilə görüşüb Nazirlər Kabinetindən Day.Az-a verilən məlumata görə, görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Bakının yenidən

İyunun 2-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal ilə görüşüb Nazirlər Kabinetindən Day.Az-a verilən məlumata görə, görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Bakının yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevrildiyi diqqətə çatdırılıb və bu platformanın enerji təhlükəsizliyi, yaşıl keçid və davamlı inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iqtisadiyyat, ticarət, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib Söhbət zamanı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyin əhəmiyyəti vurğulanıb, ölkəmizin Ukrayna xalqına göndərdiyi humanitar yardıma, mülki infrastrukturun bərpasına verdiyi töhfəyə görə minnətdarlıq ifadə edilib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


