Bakı və Bişkek hərbi əməkdaşlığın inkişafını müzakirə ediblər - FOTO
Azərbaycan və Qırğızıstanın Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq bu ölkənin hərbi nümayəndə heyəti Azərbaycana səfər edib Day.Az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və İsti

Azərbaycan və Qırğızıstanın Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq bu ölkənin hərbi nümayəndə heyəti Azərbaycana səfər edib Day.Az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və İstintaq Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimov Qırğızıstandan gələn qonaqlarla görüş keçirib Görüş zamanı nümayəndə heyətinin üzvlərinə Baş İdarənin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, həmçinin daxili təhlükəsizlik məsələlərinə dair brifinq keçirilib Tərəflər iki ölkə arasında hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini ətraflı müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar Bundan əlavə, görüş zamanı bu sahədə cari məsələlər müzakirə edilib, nümayəndə heyəti üzvlərini maraqlandıran suallar cavablandırılıb Sonda hədiyyələr mübadiləsi aparılıb, xatirə şəkli çəkdirilib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


