Bakıda Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib (FOTO)
BAKI, Azərbaycan, 4 iyun. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt (AI) ilə yaradılmış "Düşmənlə təkbaşına" adlı qısametrajlı filmin təqdimatı keçirilib Tədbirdə dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Natiq Qasımovun ail
BAKI, Azərbaycan, 4 iyun. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt (AI) ilə yaradılmış "Düşmənlə təkbaşına" adlı qısametrajlı filmin təqdimatı keçirilib Tədbirdə dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Natiq Qasımovun ailə üzvləri, şəhid ailəsinin üzvləri, yaradıcı şəxslər, aktyorlar, rejissorlar, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər Tədbiri giriş sözü ilə açan Dilarə Əliyeva bildirib ki, bu film Natiq Qasımovun qəhrəmanlığından bəhs edən süni intellektlə yaradılmış layihədir "Filmdə əsl aktyor, rejissor, vizajist və operator çəkilməyib, lakin buna baxmayaraq yaradılan obrazlar mümkün qədər realdır. Natiq Qasımov Mingəçevirdə kinoteatrda kinomexanik işləyirdi və kinoya xüsusi marağı var idi. Filmin çəkilişi üçün Bakı Media Mərkəzinə müraciət etdik. Filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə təşəkkürümüzü bildiririk" Filmin süni intellekt üzrə eksperti Sarvan Hüseyn də çıxışında Natiq Qasımov haqqında film çəkmək onun ən böyük arzularından biri olduğunu bildirib "Natiq Qasımovun qardaşı və bacısı oğluna dəstəyə görə təşəkkürümü bildirirəm. Filmdə görəcəyiniz bəzi kadrlar Xocalıdan çəkilmiş səhnələr əsasında süni intellektdən istifadə edilməklə daha reallaşdırılıb. Səhnələrin 80 faizindən çoxu real görüntülər üzərində qurulub. Bu hissləri süni mətnlə tam çatdırmaq çətin olsa da, mən bunu böyük bir süni mətnlə çatdırdığımı düşünürəm. Ümid edirəm ki, filmə baxanlar da bunu hiss edəcəklər”, - deyə o qeyd edib Filmin layihə redaktoru Fariz Əliyev jurnalistlərə açıqlamasında film haqqında daha ətraflı məlumat verib "Süni intellektlə yaradılmış Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş 23-25 dəqiqəlik bu film onun qəhrəmanlığını tam ifadə etmək üçün təbii ki, kifayət etmir. Burada onun düşmənlə döyüşü, beş gün, beş gecə o məbədə qalxması, müdafiəsi əks olunub Bu filmdə real kadrlar yoxdur. Bu layihə Azərbaycanda bir ilkdir. Süni intellekt imkanlar yaratsa da, onun bir sıra qadağaları da var. Xüsusilə müharibə filmi olduğuna görə. Amma məncə, AI mütəxəssisi Sarvan Hüseyn filmdə tapşırığın öhdəsindən layiqincə gəlib Müharibə filmi olduğu üçün bizim də vacib məsləhətə ehtiyacımız var. Natiq Qasımovun ailə üzvləri bu işdə bizə çox dəstək oldular, hekayəni danışdılar və bu, ssenarini formalaşdırmağa kömək etdi Film “Soy Production” şirkətinin işidir. Süni intellekt filmində nə real operator, nə vizajist, nə aktyor, masanın üstündə hər şey hazırlanır Filmin istehsalı az deyil. Bakı Media Mərkəzi maliyyə məsələlərində bizimlə idi. Onlara öz minnətdarlığımızı bildiririk Süni intellektlə çəkilmiş bu film eyni ölçülü real döyüş filmindən 4 dəfə ucuzdur”, - deyə o əlavə edib Sonra film nümayiş etdirilib Bundan sonra Milli Qəhrəmanın qardaşı çıxış edib Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxışında bildirib ki, bu gün həm qürurlu, həm də təsirli gündür Dedi ki, Natiq Qasımov kinomexanik işləyəndə döyüş filmləri nümayiş olunanda onu özü ilə aparardı Milli qəhrəmanın qardaşı "Deyirdi ki, gör nə qədər qəhrəman oğullar var. Mən də böyüyəndə qəhrəman olacağam" Nofəl Qasımov çoxlu döyüş filmlərinə baxdığını, lakin aktyorsuz və real hadisələr əsasında çəkilmiş belə filmə ilk dəfə baxdığını qeyd edib. Onun sözlərinə görə, film o qədər təsirli olub ki, onun emosiyalarını cilovlamaq mümkün olmayıb


