Bakıda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün WUF13 ilə bağlı brifinq keçirilib (FOTO)
BAKI, Azərbaycan, 16 may. Ümumdünya Şəhər Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü sessiyasına hazırlıq işləri və tədbirin proqramı ilə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və yüksək səviyyəli qonaqlardan ibarət işçi qrupları ilə brifinq keçirilib Mənbə qeyd edi

BAKI, Azərbaycan, 16 may. Ümumdünya Şəhər Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü sessiyasına hazırlıq işləri və tədbirin proqramı ilə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və yüksək səviyyəli qonaqlardan ibarət işçi qrupları ilə brifinq keçirilib Mənbə qeyd edib ki, WUF13-ün keçirildiyi Bakı Olimpiya Stadionunda təşkil olunan brifinqdə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların yüksək səviyyəli nümayəndələri, eləcə də xarici ölkələrin rəsmiləri də daxil olmaqla ümumilikdə 150-yə yaxın xarici qonaq iştirak edib Brifinqdə iştirak edən diplomatlara tədbirin proqramı təqdim edilib və Bakıda səfərdə olan dövlət və hökumət nümayəndə heyətlərinin təhlükəsizliyi, qəbulu və nəqliyyat məsələləri ilə bağlı protokol prosedurları barədə məlumat verilib. Onlara rəsmi nümayəndə heyətini müşayiət edən mətbuat xidmətləri və media qurumlarının nümayəndələrinin akkreditasiya prosedurları, rəsmi tədbirlərdə iştirak qaydaları barədə də məlumat verilib Eyni zamanda, tədbir zamanı diplomatlara Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyət planı, şəhərdaxili daşımaların təşkili, əsas rəsmi tədbirlər barədə məlumat verilib Brifinqdə qeyd olunub ki, indiyədək 182 ölkədən 40 mindən çox insan qeydiyyatdan keçib və bu, artıq Ümumdünya Şəhər Forumu tarixində rekord göstəricidir WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionunun mayın 17-22-də keçiriləcək Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasına tam hazır olduğunu bildiriblər. Eyni zamanda, WUF13-ün Azərbaycanın ev sahibliyi edəcəyi növbəti uğurlu tədbir olacağına əminlik ifadə olunub Tədbirdən sonra brifinq iştirakçıları üçün məkana ekskursiya təşkil olunub. Tur zamanı yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün nəzərdə tutulmuş xüsusi zonalar, dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət zonaları, iaşə xidmətləri barədə məlumat verilib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

