Bakıda “Caspian Agro Week” çərçivəsində Aqrobiznesin İnkişafı Forumu keçirilir (FOTO)
BAKI, Azərbaycan, 6 may. Mayın 6-da Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib Yubileylə üst-üstə düşən və milli kənd-ərzaq gündəliyinə həsr olunmuş forum Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kredit və İnkişaf Agentliyi (AKİD), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd
BAKI, Azərbaycan, 6 may. Mayın 6-da Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib Yubileylə üst-üstə düşən və milli kənd-ərzaq gündəliyinə həsr olunmuş forum Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kredit və İnkişaf Agentliyi (AKİD), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə “Xəzər Aqro Həftəsi” çərçivəsində baş tutub Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Aqrobiznesin İnkişafı Forumu ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişafın təşviqi üçün milli aqro-ərzaq sistemlərinin gücləndirilməsinə dair strateji yanaşmaların müzakirəsi üçün mühüm platformadır Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı, kənd təsərrüfatının strateji sahə kimi prioritetləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Əsas prioritet kənd təsərrüfatında rəqəmsallaşma və innovasiyaların tətbiqidir. Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərar qəbuletmə sistemlərinin istifadəsi və süni intellektə əsaslanan həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və davamlılığını artırmağa yönəlib Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayev qeyd edib ki, dövlət başçısının müəyyən etdiyi strateji prioritetlər və qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq aqrar-sənaye sektorunda mühüm islahatlar aparılır. Əsas addımlara resurslardan daha səmərəli istifadə, iqlimə davamlı yanaşmaların qəbulu, müasir əkinçilik və heyvandarlıq komplekslərinin inkişafı daxildir FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Koordinasiya Ofisinin rəhbəri Nasar Həyat qeyd edib ki, hazırda dünya rəqəmsal inqilabın ortasındadır və texnoloji həllər kənd təsərrüfatının üzləşdiyi problemlərin həllində əsas amilə çevrilib. O, daha az resursla daha çox istehsal etməyin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı Asiya İnkişaf Bankının Kənd Təsərrüfatı, Qida, Təbiət və Kənd İnkişafı (AFNR) Sektor Ofisinin baş direktoru Qingfeng Zhang vurğuladı ki, aqro-ərzaq sisteminin iqtisadi diversifikasiyası və rəqabətqabiliyyətli və inklüziv kənd təsərrüfatının inkişafı müasir dövrün əsas tələblərindəndir. O, bu sektorda zəruri tədbirlərin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb Forum çərçivəsində kənd təsərrüfatı sektorunda ən uğurlu bank və lizinq təşkilatlarına mükafatlar təqdim edilib Rəsmi çıxışlardan sonra forum panel müzakirələri və dəyirmi masalarla davam edib
