Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir (FOTO)
BAKI, Azərbaycan, 16 iyun. İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində bu gün Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib Bu, Azərbaycan İqtisadiyyat Nazirliyinin açıqlamasında əksini tapıb Tədbir zamanı davamlı inkişafın maliyyələşdirilməsi məsələləri müzaki
BAKI, Azərbaycan, 16 iyun. İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində bu gün Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib Bu, Azərbaycan İqtisadiyyat Nazirliyinin açıqlamasında əksini tapıb Tədbir zamanı davamlı inkişafın maliyyələşdirilməsi məsələləri müzakirə olunub Dialoq zamanı özəl kapitalın səfərbər edilməsi, regional investisiya axınlarının genişləndirilməsi və transsərhəd əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, İslam maliyyəsi, rəqəmsal maliyyə, ticarət maliyyəsi və investisiya mexanizmlərinin DİM-lərin maliyyələşdirilməsində rolu müzakirə edilib. Tədbir İslam İnkişaf Bankına üzv ölkələr arasında təcrübə mübadiləsinin təşviqi, innovativ maliyyələşdirmə alətlərinin tətbiqi və davamlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verəcək tövsiyələrin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir Tədbirin açılışında çıxış edən İqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının məsul katibi Hüseyn Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi üçün innovativ maliyyə alətlərinin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Azərbaycanın davamlı maliyyə sahəsində təşəbbüsləri və yaşıl sərmayələrin təşviqi istiqamətində görülən işlər barədə məlumat verib BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini icra edən Nasar Həyat, Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabe və Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və yeni maliyyə alətlərinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər Dialoq çərçivəsində davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi üçün borc davamlılığının təmin edilməsi, beynəlxalq inkişaf əməkdaşlığının gücləndirilməsi, daxili resursların səfərbər edilməsi məsələləri müzakirə edilib. Bundan başqa, davamlı inkişaf üçün özəl kapitalın cəlb edilməsində transsərhəd investisiya axınları, regional kapital bazarları, İslam maliyyə alətləri və ticarətin maliyyələşdirilməsi mexanizmlərinin rolu barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı innovativ maliyyə alətlərinin tətbiqi, yaşıl və davamlı maliyyənin təşviqi, eləcə də inkişaf etməkdə olan ölkələrdə davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi üçün yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub
