Bakıda OTS-ə üzv ölkələrin 2-ci QHT Həmrəylik Forumu keçirilir (FOTO)
BAKI, Azərbaycan, 16 may. Bakıda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının II Həmrəylik Forumu öz işinə başlayır “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən forumda 8 ölk

BAKI, Azərbaycan, 16 may. Bakıda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının II Həmrəylik Forumu öz işinə başlayır “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən forumda 8 ölkədən – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir Bundan əlavə, 2-ci Həmrəylik Forumu çərçivəsində ilk dəfə olaraq 1-ci Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan və Azərbaycan-Şimali Kipr QHT Əməkdaşlıq Forumları keçiriləcək 23-26 noyabr 2025-ci il tarixlərində Bakı və Naxçıvanda OTS-ə üzv dövlətlərin QHT-lərinin 1-ci Həmrəylik Forumu keçirilmişdir Bu arada, 19 may 2022-ci il tarixində Azərbaycan-Türkiyə QHT Əməkdaşlıq Forumu baş tutdu; 27 noyabr 2023-cü il tarixində Füzuli şəhərində Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu keçirilmişdir; 5 dekabr 2024-cü il tarixində Daşkənddə Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu, 24 noyabr 2025-ci ildə Bakıda Azərbaycan-Qazaxıstan QHT Əməkdaşlıq Forumu keçirilmişdir


