Tenqri
Ana Səhifə
Dünya

Bakı bulvarında klassik və superkarlar festivalı keçirilir (FOTO)

BAKI, Azərbaycan, 6 iyun. İyunun 6-da Bakıda "Klassiklər və Superkarlar" festivalı başlayıb Azərbaycan Avtomobil Federasiyası (AAF) və Nazar Holdings-in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda iki günlük festival keçirilir İki gün ərzində Bakı bulvarında klassik avtomobillər, superkarl

0 baxıştrend.az
Bakı bulvarında klassik və superkarlar festivalı keçirilir (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 6 iyun. İyunun 6-da Bakıda "Klassiklər və Superkarlar" festivalı başlayıb Azərbaycan Avtomobil Federasiyası (AAF) və Nazar Holdings-in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda iki günlük festival keçirilir İki gün ərzində Bakı bulvarında klassik avtomobillər, superkarlar və idman avtomobilləri sərgilənəcək Sərgidə Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, eləcə də tədbirdə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin avtomobilləri yer alır Festivalda nümayiş olunan klassik avtomobillər 1986-cı ilə qədər istehsal olunmuş avtomobillərdir. Klassik avtomobillər avtomobil sənayesinin tarixini və inkişaf mərhələlərini əks etdirən nadir avtomobillərdir. Onlar öz dövrünün unikal dizaynı və mühəndislik nailiyyətləri ilə seçilirlər. Bu avtomobillər kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən böyük maraqla qorunur, bərpa olunur və sərgilənir. Hər bir klassik avtomobil öz dövrünün tarixini yaşadır Festivalda retro avtomobillərlə yanaşı, güclü mühərrikləri və müasir texnologiyaları ilə seçilən müxtəlif növ idman avtomobilləri və superkarlar da təqdim olunur Beləliklə, festivala gələn qonaqlar həm yüksək sürəti, həm də innovativ texnologiyaları ilə seçilən müasir avtomobillərlə, həm də tarixi və zərifliyi ilə qiymətləndirilən retro nəqliyyat vasitələri ilə bir məkanda tanış olmaq imkanı əldə ediblər. Avtomobil sənayesinin inkişafını və müxtəlif dövrlərin ruhunu əks etdirən bu avtomobillərin hər biri özünəməxsus xüsusiyyətləri ilə ziyarətçilərin marağına səbəb olub Saat 11:00-da (GMT +4) başlayan sərgi 6 iyun saat 18:00-a və 7 iyun saat 16:00-a qədər davam edəcək

Kaynak: trend.az

Diğer Haberler

Baku boulevard hosts festival of classic and supercars (PHOTO) | Tenqri