Tenqri
Ana Səhifə
Siyasət

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (QHT Agentliyi) və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib Bu

0 baxışreport.az
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub
Paylaş:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (QHT Agentliyi) və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib Bu barədə "Report"a QHT Agentliyindən məlumat verilib "Aksiya Bakı şəhərinin sakinləri və xarici qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb", - məlumatda bildirilib Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə. Sabirin nəvəsi Sevda Tahirli bildirib ki, Qız Qalası - İçərişəhər - Natəvan heykəli - Dənizkənarı Milli Bulvar – Xəqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır S. Tahirli WUF13 çərçivəsində və Müstəqillik günü ərəfəsində bu tədbirin təşkilinin xüsusi rəmzi mənasının olduğunu qeyd edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler