Bakının daha bir ünvanında ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb
Bakının Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında ödənişsiz parklanma məntəqələri və 3 minib-düşmə yeri yaradılıb Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər ver

Bakının Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında ödənişsiz parklanma məntəqələri və 3 minib-düşmə yeri yaradılıb Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir Sözügedən ünvanda parklanma tələbatı və tibb müəssisəsinə gələn axın nəzərə alınaraq "5.15"–"duracaq yeri" yol nişanı quraşdırılmaqla ödənişsiz parklanma məntəqələri, həmçinin "3.28"–"durmaq qadağandır" yol nişanı quraşdırılmaqla 3 minib-düşmə yeri yaradılıb. Eyni zamanda "5.14"–"minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb Bu, xaotik vəziyyətin və nizamsız parklanmanın tənzimlənməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təşkil olunub",- məlumatda deyilir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


