Paytaxt derbisində 2 qol, 2 qırmızı vərəqə! Qalib Roma
İtaliya A Seriyasının 37-ci həftəsində keçirilən paytaxt derbisində “Roma” və “Latsio” üz-üzə gəlib. Roma Olimpiya Stadionunda keçirilən qarşılaşmada ev sahibi komanda 2-0 hesabı ilə qalib gəlib Ulduz futbolçu Canluka Mançini 40 və 66-cı dəqiqələrdə meydan sahibləri “Roma”ya əzəli rəqibi üzərində

İtaliya A Seriyasının 37-ci həftəsində keçirilən paytaxt derbisində “Roma” və “Latsio” üz-üzə gəlib. Roma Olimpiya Stadionunda keçirilən qarşılaşmada ev sahibi komanda 2-0 hesabı ilə qalib gəlib Ulduz futbolçu Canluka Mançini 40 və 66-cı dəqiqələrdə meydan sahibləri “Roma”ya əzəli rəqibi üzərində qələbə qazandıran qolları vurub Qarşılaşmanın 70-ci dəqiqəsində gərginlik artdıqdan sonra "Latsio"dan Nikolo Rovella və Romalı Uesli birbaşa qırmızı vərəqə alıb Bu nəticə ilə xalını 70-ə çatdıran "Roma" Çempionlar Liqasına vəsiqə ümidlərini davam etdirib. Qonaq komanda "Latsio" 51 xalda qalıb. Liqanın son həftəsi matçında "Roma" "Hellas Verona"nın qonağı olacaq. "Latsio" doğma meydanda "Piza"nı qəbul edəcək


