Bakıdan sonra insan alveri qurbanları ən çox bu bölgədədir
Azərbaycanda insan alveri qurbanlarının ən çox qeydə alındığı şəhər açıqlanıb Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub Belə ki, 2025-ci ildə insan alveri

Azərbaycanda insan alveri qurbanlarının ən çox qeydə alındığı şəhər açıqlanıb Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub Belə ki, 2025-ci ildə insan alveri qurbanlarının şəhər və rayonlar üzrə bölgüsündə ilk sırada Bakı qərarlaşıb. Hesabatda paytaxtda 9 insan alveri qurbanının müəyyən edildiyi bildirilib Sənədə əsasən, Zərdab rayonunda 3, Abşeron, Ağdam, İsmayıllı, Gəncə, Sumqayıt, Kürdəmir, Kəlbəcər, Naxçıvan və Şəmkirdə isə hər birində 2 nəfər insan alveri qurbanı qeydə alınıb Ağsu, Ağdaş, Astara, Beyləqan, Biləsuvar, Quba, Şabran, Laçın, Lənkəran, Masallı, Gədəbəy, Göyçay, Zəngilan, Şamaxı, Yevlax və Xocalıda isə hər birində 1 nəfər insan alveri qurbanı müəyyən edilib


