Tenqri
Ana Səhifə
Dünya

Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?

Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur Publika.az Baku.ws-ə istinadən xəbər verir ki, proses Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir Bəs hansı ərazi

0 baxışpublika.az
Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?
Paylaş:

Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur Publika.az Baku.ws-ə istinadən xəbər verir ki, proses Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir Bəs hansı ərazilərdə söküntü işlərinin aparılması planlaşdırılır? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, ilkin mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin sökülməsi gündəmdədir: "Bundan başqa, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi ətrafında, eləcə də "Təzəpir" məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır Şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də Qış parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur Bundan əlavə, Ceyhun Hacıbəyli küçəsində, vətəndaşların "Semaşko" kimi tanıdığı 1 saylı Kliniki Tibbi Mərkəzin ətrafında tramvay xəttinin yaradılması ilə bağlı infrastruktur işlərinin aparılması planlaşdırılır" AQC sədri kompensasiya məsələsi ilə bağlı qeyd edib ki, əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1 500 manat məbləğində ödəniş tətbiq edilirdisə, hazırda bəzi layihələr üzrə bu rəqəm 2 700 manata qədər yüksəlib: "Bununla belə, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olardı Söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər" Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir? Evli qadını qaçıran Şaiq Qənbərli indi də şantaja görə tutulub? - Özündən açıqlama Bəzi ərazilərdə qaz olmayacaq Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək Abşeronda sahibkarlarla görüş keçirildi Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: "Vəziyyət son dərəcə təhlükəlidir!" Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək? Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq? Günün ulduz falı: Yeni dostlar qazanacaqsız Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video

Kaynak: publika.az

Diğer Haberler

Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək? | Tenqri