Tenqri
Ana Səhifə
Dünya

Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - FOTO

Ötən ay Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub AQTA-dan Modern.az-a verilən məlumata görə, müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb Bildirilib ki, məktəbin bufetində v

0 baxışmodern.az
Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - FOTO
Paylaş:

Ötən ay Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub AQTA-dan Modern.az-a verilən məlumata görə, müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb Bildirilib ki, məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə “dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi” diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Ləzzət” unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok) aşkarlanıb Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib

Kaynak: modern.az

Diğer Haberler