Bakıda “Mədəniyyətlərin dialoqu: Qazaxıstan - Azərbaycan” sərgisi açılıb
Azərbaycan Milli İncəsənət Muzeyində Qazaxıstanın Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin kolleksiyasından əsərlərin nümayiş olunduğu “Qazaxıstan - Azərbaycan: Mədəniyyətlərin Dialoqu” beynəlxalq sərgisinin açılışı olub 525.az xəbər verir ki, sərgi Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıst

Azərbaycan Milli İncəsənət Muzeyində Qazaxıstanın Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin kolleksiyasından əsərlərin nümayiş olunduğu “Qazaxıstan - Azərbaycan: Mədəniyyətlərin Dialoqu” beynəlxalq sərgisinin açılışı olub 525.az xəbər verir ki, sərgi Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə təşkil olunub Sərgidə Qazaxıstanın müxtəlif nəsillərə aid rəssamlarının 30-a yaxın rəngkarlıq əsəri təqdim olunur. Layihə Qazaxıstanın bədii irsini geniş mədəni-tarixi kontekstdə dərk etməyə yönəlib. Bu layihə ortaq tarixi təcrübəyə, türk mədəni mühitinə mənsubluğa və milli incəsənət məktəblərinin formalaşmasındakı bənzər proseslərə əsaslanan mədəniyyətlərarası dialoq forması kimi qurulub Qazaxıstan tarixən müxtəlif sivilizasiyaların və bədii ənənələrin intensiv qarşılıqlı təsir zonasında inkişaf edib ki, bu da onun təsviri sənətinin özünəməxsusluğunu müəyyən edib. Burada akademik məktəb ilə köçəri mədəniyyətinə söykənən obrazlı təfəkkür üzvi şəkildə birləşir. Ekspozisiya müxtəlif nəsillərə aid rəssamların yaradıcılığından keçən dayanıqlı tematik xətləri üzə çıxarır: insan və təbiət münasibətləri, köçəri sivilizasiyasının ənənəvi həyat tərzinin interpretasiyası, kollektiv yaddaş fenomeni və tarixi transformasiyalar şəraitində mədəni kimlik axtarışları. Ekspozisiyada milli rəngkarlıq məktəbinin formalaşmasının kökündə duran sənətkarların - Abılxan Kasteyev, Moldaxmet Kenbayev, Kanafiya Teljanov, Nurbek Tansıkbayev və Mariya Lizoqubun əsərləri mühüm yer tutur. Onların yaradıcılığında akademik ənənə ilə milli obrazlı təfəkkürün sintezinə əsaslanan özünəməxsus bədii dil formalaşır. Ayşə Qalimbayeva, Sabur Mambeyev, Salixitdin Aytbayev və Şaymardan Sariyevin əsərlərində isə obrazın daxili məzmununa, onun rəmzi və fəlsəfi aspektlərinə diqqət daha da artır. Mənzərə, natürmort və tematik tablo janrları burada yalnız vizual motivlər deyil, həm də məkanın, mədəniyyətin və zamanın bədii dərki üsulları kimi çıxış edir Açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər ortaq tarixə, zəngin mədəni irsə və Türk dünyasının mənəvi dəyərlərinə əsaslanır Onun sözlərinə görə, bu gün ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bu cür layihələr iki qardaş xalq arasında mədəni dialoqun daha da möhkəmlənməsinə, incəsənət sahəsində əməkdaşlığın və humanitar əlaqələrin genişlənməsinə töhfə verir Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova isə qeyd edib ki, 2024-cü ildə Abılxan Kasteyev adına Qazaxıstan Milli İncəsənət Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb və o vaxtdan iki qurum arasında fəal əməkdaşlıq başlayıb Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel layihənin həyata keçirilməsinə görə hər iki ölkənin muzeylərinə minnətdarlığını bildirib və bu cür təşəbbüslərin qardaş xalqlar arasında mədəni dialoqun, mənəvi yaxınlığın və dostluğun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. O, sərginin hər iki ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyinə və humanitar əməkdaşlığın daha da inkişafına səbəb olacağına əminliyini bildirib Qazaxıstanın Abılxan Kasteyev adına Milli İncəsənət Muzeyinin direktoru Qulaim Jumabekova deyib ki, Qazaxıstan təsviri sənətini Azərbaycanda təmsil etmək böyük şərəf və mühüm mədəni missiyadır. Əlavə edib ki, sərgi Türk dünyasının ortaq tarixi köklərinə və mənəvi dəyərlərinə əsaslanan mədəni dialoq məkanı kimi qurulub. Nümayiş olunan əsərlər Qazaxıstan və Azərbaycan xalqlarının ortaq mədəni məkanını formalaşdıran bədii düşüncənin ahəngini, arxetip obrazlarının vəhdətini və vizual kodları əks etdirir Qazaxıstan təsviri sənətinin banilərindən biri olan Abılxan Kasteyevin yaradıcılığı muzey kolleksiyası üçün böyük əhəmiyyət kəsb edir Sərgi Qazaxıstan incəsənətini daimi mədəni qarşılıqlı əlaqə şəraitində formalaşmış bütöv bir bədii hadisə kimi təqdim edir və tamaşaçını rəngkarlıq dili vasitəsilə açılan dialoqa dəvət edir. Xatırladaq ki, sərgi avqustun 31-dək davam edəcək


