Bakıda Litvadakı ukraynalı müharibə qaçqınlarına həsr olunmuş sərgi açılıb
Xəzər Universitetində Litvanın Baş naziri İnqa İnqa Ruqinienenin iştirakı ilə ukraynalı müharibə qaçqınlarına həsr olunmuş sərgi açılıb "Report" xəbər verir ki, "Onların bəziləri. Müharibə qaçqınlarının portretləri" ("Not All of Them. Portraits of War Refugees") adlı sərgidə Litvada sığınacaq tapmı

Xəzər Universitetində Litvanın Baş naziri İnqa İnqa Ruqinienenin iştirakı ilə ukraynalı müharibə qaçqınlarına həsr olunmuş sərgi açılıb "Report" xəbər verir ki, "Onların bəziləri. Müharibə qaçqınlarının portretləri" ("Not All of Them. Portraits of War Refugees") adlı sərgidə Litvada sığınacaq tapmış ukraynalıların talelərini əks etdirən ağ-qara fotoşəkillər təqdim edilir Əsərlərin müəllifləri tanınmış litvalı fotoqraflar Antanas Sutkus, Arturas Morozovas və Tadas Kazakyaviçyusdur Xəzər Universitetinin rektoru Raziyə İsayeva ali qonağı salamlayaraq, Azərbaycanla Litva arasında təhsil və elm sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Bakı bu istiqamətlərdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsində maraqlıdır İnqa Ruqiniene qeyd edib ki, təqdim olunan əsərlər Ukrayna xalqının ağrısını çatdırır. "Fotoşəkillər hər şeyi deyir və əlavə izaha ehtiyacımız yoxdur. Hər bir kadrın arxasında itki və ayrılıq, eyni zamanda güc və ləyaqət hekayəsi dayanır", - o vurğulayıb Ukraynanın Bakıdakı səfiri Yuri Qusev ölkəsinin artıq dörd ildən çoxdur ki, ağır müharibə şəraitində olduğunu xatırladıb və göstərilən dəstəyə görə minnətdarlığını bildirib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

