Tenqri
Ana Səhifə
Dünya

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Bakıda təşkil olunacaq UFC turnirinə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən əldə edilib Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, turnirə ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən müşahidə olunur Qeyd edək ki, Azərbaycan hazırda MDB m

0 baxışazertag.az
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
Paylaş:

Bakıda təşkil olunacaq UFC turnirinə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən əldə edilib Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, turnirə ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən müşahidə olunur Qeyd edək ki, Azərbaycan hazırda MDB məkanında, Mərkəzi Asiyada və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəkidə çıxış edən Şarabutdin “Shara Bullet” Maqomedov braziliyalı Mişel Pereyra ilə qüvvəsini sınayacaq Turnir çərçivəsində daha bir azərbaycanlı döyüşçü Fərman Həsənov da oktaqona çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler