Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub
Oktyabrın 4–11-i aralığında Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib Loqonun əsas ideyası Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasından ilhamlanır Dizaynda istifa

Oktyabrın 4–11-i aralığında Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib Loqonun əsas ideyası Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasından ilhamlanır Dizaynda istifadə olunan alov elementi ölkəmizin simvolunu əks etdirməklə yanaşı, tatamidə mübarizə aparan cüdoçuların dinamizmini, əzmini və qələbə ruhunu vizual şəkildə ifadə edir Loqonun rəng həlli dizayna müasirlik, dinamika və vizual dərinlik əlavə edir. Ümumi vizual dil isə dünya çempionatının beynəlxalq miqyasını, nüfuzunu və cüdonun enerjisini ön plana çıxarır Rəsmi loqo Bakı-2026 dünya çempionatının vizual kimliyinin əsas elementlərindən biridir. O, qarşıdakı dövrdə yarışın bütün kommunikasiya materiallarında və tanıtım kampaniyasında istifadə olunacaq Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında baş tutacaq Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

NATO Sammitində vəzifə yerinə yetirən polis əməkdaşlarının zəhərləndiyi iddiası I Ankara Valiliyi: Zəhərlənmə sübutu tapılmadı | T24

Elon Musk-ın "Hökumət Effektivliyi Departamenti" rəsmi olaraq bağlandı: 11 milyard dollarlıq büdcə kəsiri buraxır, müəssisələrdə yenidən işə qəbul dalğası başlayır | T24
