Tenqri
Ana Səhifə
Dünya

Bakıda inklüziv model: "Kashalata" kafesi necə fərq yaradır? - REPORTAJ

O, autizmli bir övladın anasıdır. Məhz övladına və onun kimi bütün autizmli gənclərdən ilhamlanaraq, onlara inanaraq, bu təşəbbüsü irəli sürüb. Bu ideyanı həyata keçirib və həyat amalına çevirib… Bu gün Azərbaycanın ilk, hələki yeganə inklüziv kafesi olan "Kashalata"nı yaradıb… "Birgə və Sağlam" İc

0 baxışreport.az
Bakıda inklüziv model: "Kashalata" kafesi necə fərq yaradır? - REPORTAJ
Paylaş:

O, autizmli bir övladın anasıdır. Məhz övladına və onun kimi bütün autizmli gənclərdən ilhamlanaraq, onlara inanaraq, bu təşəbbüsü irəli sürüb. Bu ideyanı həyata keçirib və həyat amalına çevirib… Bu gün Azərbaycanın ilk, hələki yeganə inklüziv kafesi olan "Kashalata"nı yaradıb… "Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi və direktoru, "Kashalata" kafesinin ideya müəllifi və yaradıcısı Aytən Eynalova deyir ki, bu gün onun övladı bu kafedə aşpaz köməkçisi kimi çalışır. Təbii ki, o, bununla qürur duyur və bu da bir ana olaraq onun üçün çox vacibdir Kafenin iki ildir əsas dəstəkçilərindən olan "Trendyol"un "Kashalata"ya təşkil etdiyi mediatur çərçivəsində baş tutan bu ziyarət jurnalistlərə inklüziv məkanla tanış olmaq, burada çalışan gənclərin gündəlik fəaliyyətini və yaradıcılıq ruhunu yaxından izləmək imkanı verdi A. Eynalova "Report"a açıqlamasında vurğulayıb ki, bu layihənin ərsəyə gəlməsində "Trendyol"un və "PAŞA Holdinq"in böyük əməyi var: "Məkanı holdinq təmin edib. "Trendyol" isə kafedə çalışan gənclərin əməkhaqlarının ödənilməsinə dəstək verərək layihənin davamlılığını təmin edir. Burada 20-yə yaxın əməkdaş inklüzivliyi təmin edərək bir-birinə dəstək olurlar. Bizim üçün bu layihənin davamlılığı çox önəmlidir. Çünki onun uzunmüddətli olması və neyromüxtəlifliyi olan insanların cəmiyyətə inteqrasiyası bizim üçün çox dəyərlidir" Müasir dünyada inklüzivlik artıq sadəcə sosial çağırış deyil, real layihələr və təşəbbüslər vasitəsilə həyata keçirilən konkret fəaliyyət istiqamətidir. Xüsusilə autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi qlobal miqyasda prioritet məsələlərdən biri kimi ön plana çıxır Azərbaycanda son illərdə autizmli uşaqların sayının artdığı müşahidə olunur. Belə ki, 2024-cü ildə ölkələrdəki tibb müəssisələrində autizm diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 3 215-dir. Onların 2482-i kişi, 733-ü isə qadındır. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yaydığı son məlumatlara görə, 2024-cü ildə ABŞ-də hər 31 uşaqdan birinə autizm diaqnozu qoyulub. Bu isə autizmin artıq qlobal ictimai sağlamlıq və sosial inteqrasiya məsələsinə çevrildiyini göstərir Buna görə də dünyanın bir çox ölkəsində autizmli uşaq və gənclərin cəmiyyətə adaptasiyasını asanlaşdırmaq üçün müxtəlif inklüziv layihələr həyata keçirilir. Bu layihələrə xüsusi təhsil proqramları, sosial bacarıqların inkişafına yönəlmiş mərkəzlər, peşə hazırlığı təşəbbüsləri və inklüziv iş mühitləri daxildir. Son illərdə isə xüsusilə sosial sahibkarlıq modeli çərçivəsində fəaliyyət göstərən kafe və ictimai məkanlar geniş yayılmağa başlayıb. Bu cür təşəbbüslər həm onların iqtisadi müstəqilliyini təmin edir, həm də cəmiyyətin stereotiplərini dəyişməyə xidmət edir Azərbaycan bu istiqamətdə qlobal tendensiyalara qoşulan ölkələr sırasındadır. Bakıda fəaliyyətə başlayan "Kashalata" kimi inklüziv məkanlar həm autizmli gənclərin əmək bazarına çıxışını təmin edir, həm də cəmiyyətə "fərqliliklərin maneə deyil, əksinə, düzgün yanaşma ilə gücə çevrilə bildiyi" barədə ismarış verir Müasir dövrdə iri şirkətlərin sosial layihələrdə iştirakı getdikcə daha çox önəm qazanır. Xüsusilə inklüziv təşəbbüslərə dəstək həm cəmiyyətə təsir, həm də uzunmüddətli dayanıqlılıq baxımından diqqət çəkir. "Kashalata" layihəsi də bu əməkdaşlıq modelinin nümunələrindən biri kimi qiymətləndirilə bilər "Trendyol"un Azərbaycanda korporativ kommunikasiyalar rəhbəri Süheylə Cəfərova "Report"a açıqlamasında bildirir ki, müasir dünyada biznes subyektlərinin uğuru təkcə iqtisadi nəticələrlə ölçülmür: "Fəaliyyət göstərdiyimiz cəmiyyətlərdə müsbət dəyişiklik yaratmağa və insanların həyatına dəyər qatmağa çalışırıq. Bu məqsədlə Trendyol müxtəlif ölkələrdə sosial təsir və dayanıqlılıq layihələri həyata keçirir. Azərbaycanda isə korporativ sosial məsuliyyət strategiyamıza uyğun olaraq müxtəlif təşəbbüslər reallaşdırmışıq. Əksəriyyətini strateji tərəfdaşımız "PAŞA Holdinq" ilə birlikdə həyata keçirmişik. Bu layihələrdən biri də "Kashalata" kafesidir və artıq iki ildir ki, onun fəaliyyətinə dəstək göstəririk" "Trendyol" təmsilçisi bildirir ki, "Kashalata"da autizm spektrində olan fərdlər də daxil olmaqla bir neçə gənc işlə təmin olunur və bacarıqlarını inkişaf etdirmək imkanı qazanır: "Trendyol "Kashalata"ya davamlı dəstək verərək neyromüxtəlifliyə malik gənclərin cəmiyyətə sosial inteqrasiyasını təşviq edir. Kafenin əsas məqsədi əlilliyi olan insanlar üçün iş yerləri yaratmaq və onları əlçatan məşğulluq vasitəsilə cəmiyyətə inteqrasiya etməkdir. Trendyol bu işdə "Kashalata"ya dəstək verməkdən məmnundur." İnklüziv layihələrin uğuru yalnız başlanğıc mərhələsi ilə ölçülmür. Onların davamlı olması, iqtisadi baxımdan özünü təmin edə bilməsi və uzunmüddətli təsir yaratması əsas meyarlardan hesab olunur. "Kashalata" da bu baxımdan nümunəvi model kimi təqdim edilir Mövzu ilə bağlı fikirlərini bölüşən "PAŞA Holdinq"in Korporativ Sosial Məsuliyyət Departamentinin nümayəndəsi Bəyim İbrahimova isə deyir ki, şirkət təxminən 3 ildir ki, "Birgə və Sağlam" İctimai Birliyi ilə əməkdaşlıq edir: "Bu dövr ərzində neyromüxtəlifliyi olan gənclərə maksimum dəstək göstərmişik. "Kashalata" kafesinin yaradılması da bura daxildir. "PAŞA Holdinq" üçün əsas məqsəd cəmiyyətə töhfə vermək və bunun real nəticələrini görməkdir. İstəyirik ki, layihələr davamlı olsun və gənclərin öz ayaqları üzərində dayana bilməsinə imkan versin. "Kashalata" kafesi məhz belə təşəbbüslərdən biridir. Burada çox sayda gənc çalışır, artıq iqtisadi baxımdan fəal və müstəqildir. Ümid edirik ki, bu kafe digər layihələr üçün də nümunə olacaq və ölkədə inklüzivliyin artmasına töhfə verəcək." İnklüziv iş mühitinin formalaşdırılması yalnız iş yerlərinin yaradılması ilə bitmir. Bu proses həm də xüsusi yanaşma, fərdi ünsiyyət və uyğunlaşdırılmış iş prinsipləri tələb edir. "Kashalata" kafesində iş koçu kimi çalışan Dəniz Əzizova isə bildirib ki, hər bir autizmli gəncə standart qaydalar əsasında davranmaq lazımdır: "Atipik uşaqların bir çoxu təmasdan yayınırlar. Belə uşaqlara daha yaxın olmağa çalışmaq onları qıcıqlandıra bilər. Çünki bəziləri təması sevir, bəziləri isə sevmir. Bu, uşağın xarakterinə görə dəyişir. Ona görə də mütləq şəkildə təmasdan qaçmaq lazımdır. Ən əsas məsələlədən biri autizmli uşaqların göz təmasından yayınmasıdır. Göz təması qurmaq onlar üçün çətin prosesdir. Düzdür, hazırda bizim işə cəlb etdiyimiz uşaqların hər birində bu xüsusiyyətləri nəzərə alaraq, müəyyən təlimlər və proses nəticəsində bu çətinlikləri maksimum dərəcədə aşağı səviyyəyə endirmişik" İnklüzivliyin real nəticəsi: gənclərin uğur hekayəsi Layihənin ən təsirli tərəfi isə onun real insan həyatında yaratdığı dəyişikliklərdir. Bu cür təşəbbüslər gənclərə yalnız iş imkanı deyil, həm də özünəinam və gələcəyə ümid verir. D.Əzizova qeyd edib ki, "Kashalata" kafedə çalışan gənclərin hər biri öz iş prosesini artıq əzbər bilirlər: "Buna görə də üçün işlərinin öhdəsindən çox yaxşı gəlirlər. Bizim başlıca funksiyamız ondan ibarətdir ki, həm onları öyrədək, həm də cəmiyyətə onların necə işləyə bildiyini göstərək" 20 yaşlı Əziz Qənbərov deyir ki, burada artıq 1,5 ildir çalışır: "Kafedə barista kimi işləyirəm. Bundan əvvəl "Birgə və Sağlam" İctimai Birliyinin könüllüsü idim. Daha sonra "Kashalata" kafedə ofisiant kimi fəaliyyətə başladım. Bacarıqlı olduğumu görüb məni işə götürdülər. Çalışıram ki, işimi diqqətlə görüm, gülərüz və mehriban olum, çünki düşünürəm ki, bu məqamlar çox vacibdir. Müştərilər də işimdən razıdırlar" Bir sözlə, hazırda "Kashalata" inklüzivliyin praktik tətbiqini göstərən bir model kimi diqqət çəkir. Bu cür təşəbbüslər autizmli və digər neyromüxtəlifliyi olan şəxslərin əmək bazarına çıxışını genişləndirməklə yanaşı, cəmiyyətdə onlara münasibətin dəyişməsinə də töhfə verir. Belə layihələrin davamlılığı və genişlənməsi üçün ictimai dəstək əsas şərtlərdən biridir. Bu isə bir tərəfdən dövlət və özəl sektorun əməkdaşlığını, digər tərəfdən isə vətəndaşların gündəlik seçimlərini ön plana çıxarır Nəticə etibarilə, inklüziv mühitin formalaşdırılması təkcə sosial təşəbbüslərlə deyil, cəmiyyətin ümumi yanaşması ilə mümkün olur. Bu baxımdan "Kashalata" modeli həm mövcud imkanları nümayiş etdirir, həm də bu istiqamətdə görüləcək işlərin hələ də geniş potensiala malik olduğunu göstərir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler