Bakıda İİB Qrupunun 14-cü Özəl Sektor Forumu keçiriləcək
16-19 iyun tarixlərində Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun təşkilatları 14-cü Özəl Sektor Forumunu (PSF 2026) keçirəcək “APA-Economics” xəbər verir ki, forum İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İsla

16-19 iyun tarixlərində Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun təşkilatları 14-cü Özəl Sektor Forumunu (PSF 2026) keçirəcək “APA-Economics” xəbər verir ki, forum İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) tərəfindən İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq Bakı Konqres Mərkəzində keçiriləcək forum “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunub və əsas məqsədi İİB-ə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də özəl sektorun davamlı iqtisadi inkişafda rolunun artırılmasıdır Tədbirdə regional inteqrasiya, sərhədlərarası investisiyalar, ticarət əlaqələri, infrastruktur, energetika, texnologiya, səhiyyə və maliyyə sektorlarında yaranan yeni imkanlar müzakirə olunacaq. Forum çərçivəsində yüksək səviyyəli panel sessiyaları, dövlət və biznes nümayəndələri arasında B2B və B2G görüşləri, startap proqramları və bilik mübadiləsi tədbirləri keçiriləcək Bununla yanaşı, sahibkarların, xüsusilə kiçik və orta biznes subyektlərinin dəstəklənməsi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və innovativ layihələrin təşviqi forumun əsas istiqamətləri sırasında yer alacaq. Tədbir zamanı iştirakçılar üçün investisiya layihələrinin, xidmətlərin və biznes imkanlarının təqdim ediləcəyi xüsusi sərgi zonası da fəaliyyət göstərəcək Forum çərçivəsində startap müsabiqəsi keçiriləcək, həmçinin İİB Qrupunun iqtisadi inkişaf və ticarətin təşviqinə töhfə verən təşkilat və şəxslərə təqdim etdiyi Fərqlənmə Mükafatları dördüncü dəfə sahiblərinə veriləcək Tədbirdə dövlət qurumlarının rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri, investorlar, sahibkarlar, ticarət və sənaye palatalarının təmsilçiləri daxil olmaqla 1500-dən çox iştirakçının iştirakı gözlənilir. Forumun İİB-ə üzv ölkələr arasında yeni tərəfdaşlıqların qurulması və investisiya əməkdaşlığının genişləndirilməsi üçün mühüm platforma olacağı bildirilir


