Bakıda fərqli uşaqların cəmiyyətə inteqrasiyasını təşviq edən kitab təqdim olunub
“Libraff” kitab mağazasının “Park Akademiya” filialında Aysel Ağayevanın “Fərqli dostumuz Əmir” kitabının təqdimatı keçirilib. Bədii hekayə vasitəsilə müəllif inklüzivlik problemi və xüsusi qayğıya ehtiyacı olan uşaqlardan danışır Tanınmış bloger Aysel Ağayeva xüsusi qayğıya ehtiyacı olan uşaqların

“Libraff” kitab mağazasının “Park Akademiya” filialında Aysel Ağayevanın “Fərqli dostumuz Əmir” kitabının təqdimatı keçirilib. Bədii hekayə vasitəsilə müəllif inklüzivlik problemi və xüsusi qayğıya ehtiyacı olan uşaqlardan danışır Tanınmış bloger Aysel Ağayeva xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün görüş və mənəvi tədbirlərin təşkilatçısıdır. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində bu kitabla bağlı ideyanın necə yarandığını və bu cür təşəbbüslərin niyə vacib olduğunu danışıb “Mənə tez-tez normotipik uşaqların anaları olan izləyicilərim müraciət edərək soruşurdular ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onlarla düzgün davranış qaydalarını öz övladlarına sadə dillə necə izah etsinlər. Mən müxtəlif sindromlu uşaqlardan və fərqli situasiyalardan bəhs edən kitablar silsiləsi planlaşdırıram. İlk qəhrəman fiziki məhdudiyyətli uşaqdır”, – deyə həmsöhbətimiz bildirib Onun sözlərinə görə, bu nəşr uşaqlar üçün nəzərdə tutulsa da, eyni zamanda böyüklərə də ünvanlanıb “Valideyn bu kitabı öz övladına oxuyarkən xüsusi qayğıya ehtiyacı olan uşaqların davranışını özü də anlamağa başlayacaq. Küçədə xüsusi qayğıya ehtiyacı olan uşağa tez-tez rast gəlmirsiniz, çünki cəmiyyətdəki stiqmatizasiya səbəbindən onları gizlədirlər… Valideynlər üçün gizlənmək kiminsə qınağını eşitməkdən və ya uşağı barmaqla göstərməyə dözməkdən daha asandır. Cəmiyyətimizdə fərqli uşaqların olduğunu göstərmək çox vacibdir. Normotipik uşaqlar bilməlidirlər ki, onlardan fərqlənən uşaqlar da var. Amma bu, onları nə daha pis, nə də daha yaxşı edir, bu, sadəcə dünyanı fərqli qavramaqdır. Məktəblərdə bu barədə həmişə danışılmır. Belə kitablar isə bu məsələdə kömək edə bilər”, – deyə A.Ağayeva vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


