Tenqri
Ana Səhifə
Dünya

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

İyunun 2-dən 7-dək Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakıda “ITF Juniors – J60” beynəlxalq tennis turniri keçirilib AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, İsrail, Slovakiya, Fransa, Avstraliya, Öz

0 baxışazertag.az
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
Paylaş:

İyunun 2-dən 7-dək Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakıda “ITF Juniors – J60” beynəlxalq tennis turniri keçirilib AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, İsrail, Slovakiya, Fransa, Avstraliya, Özbəkistan, Hindistan, Ukrayna, Türkmənistan və Macarıstandan olan idmançılar, həmçinin neytral statusda çıxış edən tennisçilər mübarizə aparıblar Oğlanların fərdi yarışında Kuzey Kerem Bayrak birinci, Samuel Şifano isə ikinci olublar. Qızların fərdi yarışında Polina Kaşitsuna birinci, Leyla Şahmuradova isə ikinci yeri tutub Oğlanların qoşa yarışında Luka İlesku və Samuel Şifano cütlüyü qalib gəlib. Aleksandr Burmakin və Mert Efe Zaim cütlüyü ikinci olub. Qızların qoşa yarışında Lilyen Kubalova və Aleksandra Talina çempion adını qazanıb. Polina Kaşitsuna və Vladislava Slelina cütlüyü isə turniri ikinci pillədə başa vurublar Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli təqdim ediblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler