Bakcell Signature Gala Night-ın tərəfdaşı oldu
Bakcell mədəniyyət və incəsənətin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməkdə davam edir. Şirkət dünya klassik musiqisinin ən yaxşı nümunələrini birləşdirən “Signature Gala Night” tədbirinin tərəfdaşı kimi çıxış edib Səhnədə məşhur ispan ifaçısı Angeles Toledano, məşhur “The Magic of Sanremo” l

Bakcell mədəniyyət və incəsənətin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməkdə davam edir. Şirkət dünya klassik musiqisinin ən yaxşı nümunələrini birləşdirən “Signature Gala Night” tədbirinin tərəfdaşı kimi çıxış edib Səhnədə məşhur ispan ifaçısı Angeles Toledano, məşhur “The Magic of Sanremo” layihəsinin üzvləri, virtuoz gitara ifaçısı Benito Bernal, Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artist Ramil Qasımov və digər tanınmış musiqiçilər çıxış ediblər Musiqili proqram Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Böyük Akademik Orkestrinin müşayiəti ilə təqdim olunub. Dirijor teatrın baş dirijoru, Əməkdar Artist Əyyub Quliyev idi Bu tədbirin dəstəklənməsi Bakcell-in mədəni irsin qorunması, incəsənətin populyarlaşdırılması və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin inkişafına yönəlmiş fəaliyyətinin bir hissəsidir. Şirkət Azərbaycan Respublikasında mədəniyyət və mədəniyyətin inkişafı ilə bağlı layihələri həyata keçirir Signature Gala Night yerli və xarici ifaçıların iştirakı ilə klassik musiqi ənənələrini birləşdirən unikal mədəniyyət layihəsidir Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştəriyə yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri göstərir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri kimi Bakcell süni intellektə əsaslanan innovativ həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına öz töhfəsini verir Bakcell müxtəlif ölkələrdə və sənaye sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxil olan Azerconnect Qrupunun bir hissəsidir


