Bakcell şirkəti yeni baş direktor təyin olunduğunu açıqlayıb
8 iyun 2026-cı il tarixində Bakcell rəsmi olaraq Baş Direktor vəzifəsinə yeni təyinat elan etdi. Telekommunikasiya sektorunda 35 ildən artıq beynəlxalq təcrübəyə malik Qunnar Pahnke şirkətin baş direktoru təyin edilib Gunnar Pahnke telekommunikasiya sektorunda müştəri mərkəzli biznes transformasiy

8 iyun 2026-cı il tarixində Bakcell rəsmi olaraq Baş Direktor vəzifəsinə yeni təyinat elan etdi. Telekommunikasiya sektorunda 35 ildən artıq beynəlxalq təcrübəyə malik Qunnar Pahnke şirkətin baş direktoru təyin edilib Gunnar Pahnke telekommunikasiya sektorunda müştəri mərkəzli biznes transformasiyası, strateji inkişaf və davamlı artım sahəsində geniş təcrübəyə malik bir icraçıdır. O, Azərbaycan, Almaniya, Fransa, Rumıniya və digər ölkələrin aparıcı telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb Gunnar Pahnke Poitiers Universitetində (Fransa) Strateji İdarəetmə üzrə Fəlsəfə Doktoru (PhD) və ENSPTT Universitetində (Fransa) MBA dərəcəsinə malikdir. Bundan əlavə, o, INSEAD (Fransa), Oksford Universiteti (Böyük Britaniya), London Business School (Böyük Britaniya), IE (İspaniya), ESMT (Almaniya) və Darden Business School (ABŞ) kimi bir sıra aparıcı təhsil müəssisələrində icraçı proqramları uğurla başa vurub "Ölkənin rəqəmsal inkişafında mühüm rol oynayan Bakcell şirkətinə təyin olunmağım mənim üçün böyük şərəf və məsuliyyətdir. Məqsədim Bakcell-in telekommunikasiya sektorundakı mövqeyini daha da gücləndirmək, innovasiyalar, süni intellekt (AI) və müştəri yönümlü həllər vasitəsilə müştərilər üçün əlavə dəyər yaratmaq, həmçinin şirkətin ölkənin rəqəmsal inkişafındakı strateji rolunu genişləndirməkdir" Yeni təyinat Bakcell-in müştəri mərkəzli innovasiyalar, süni intellekt və rəqəmsal xidmətlər sahələrində uzunmüddətli strateji prioritetlərinin həyata keçirilməsinə əlavə təkan verəcək. Gunnar Pahnke-nin rəhbərliyi altında şirkət müştəri təcrübəsini daha da təkmilləşdirmək və süni intellektə əsaslanan həllərdən istifadəni genişləndirmək üçün işi davam etdirəcək Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştəriyə yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri göstərir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri kimi Bakcell süni intellektə əsaslanan innovativ həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına öz töhfəsini verir Bakcell müxtəlif ölkələrdə və sənaye sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxil olan Azerconnect Qrupunun bir hissəsidir


