Bakcell AI Strategy Summit tədbirinin əsas tərəfdaşı kimi çıxış etdi | Bakı 2026 - FOTO
Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüsləri dəstəkləməyə davam edir. İyunun 13-də şirkət AI Strategy Summit tədbirinin əsas tərəfdaşı kimi çıxış etdi | Bakı 2026, Avropa Azərbaycan Məktəbində (EAS) keçirilib IB Dünya Məktəblərinin Qafqaz və Mərkəzi Asiya Assosiasiyasını

Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüsləri dəstəkləməyə davam edir. İyunun 13-də şirkət AI Strategy Summit tədbirinin əsas tərəfdaşı kimi çıxış etdi | Bakı 2026, Avropa Azərbaycan Məktəbində (EAS) keçirilib IB Dünya Məktəblərinin Qafqaz və Mərkəzi Asiya Assosiasiyasının (CCAAIBWS) təşəbbüsü ilə təşkil olunan sammit təhsil sektorunun nümayəndələrini, məktəb rəhbərlərini, tələbələri, texnologiya ekspertlərini və innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirib. Tədbirin əsas məqsədi süni intellektin təhsil sahəsində yaratdığı imkanları müzakirə etmək, innovativ yanaşmaları təbliğ etmək və təhsil və texnologiya arasında əməkdaşlığı gücləndirmək olub Sammitdə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar keçirilib. Tədbir iştirakçıları süni intellektin təhsildə praktik tətbiqi, rəqəmsal transformasiya prosesləri, eləcə də gələcəyin əmək bazarında tələbat olacaq bacarıqlar barədə fikir mübadiləsi aparıblar Bakcell innovasiya və süni intellekt sahəsində təşəbbüsləri dəstəkləməklə Azərbaycanın rəqəmsal gələcəyinin formalaşmasına, yeni nəslin texnoloji bilik və bacarıqlarının inkişafına töhfə verməkdə davam edir Bakcell Azərbaycanda ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştəriyə yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri göstərir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri kimi Bakcell süni intellektə əsaslanan innovativ həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına öz töhfəsini verir Bakcell müxtəlif ölkələrdə və sənaye sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxil olan Azerconnect Qrupunun bir hissəsidir


