Greenwood transferi üçün prezident Əziz Yıldırımdan bomba təlimatı
Yay transfer dövründə Vedat Muriqi, Nathan Ake kimi önəmli adları heyətinə qatan "Fənərbaxça" daha bir böyük ulduza göz dikib Sarı-göylər rəhbərliyi baş məşqçi İsmayıl Kartalın heyətində görmək istədiyi ingilis futbolçu Meyson Qrinvudun transferi üçün Marsel klubu ilə danışıqların son mərhələsinə

Yay transfer dövründə Vedat Muriqi, Nathan Ake kimi önəmli adları heyətinə qatan "Fənərbaxça" daha bir böyük ulduza göz dikib Sarı-göylər rəhbərliyi baş məşqçi İsmayıl Kartalın heyətində görmək istədiyi ingilis futbolçu Meyson Qrinvudun transferi üçün Marsel klubu ilə danışıqların son mərhələsinə çatıb Atletiko Madrid və Roma kimi Avropa nəhənglərinin də arxasınca getdiyi Qrinvud üçün ən yüksək transfer təklifini Fənərbaxçanın etdiyi və bu vəziyyətin sarı-göylü komandanın əlini ciddi şəkildə gücləndirdiyi öyrənilib. Çempionlar Liqasının seçmə mərhələsinə tam və güclü heyətlə çıxmağı hədəfləyən prezident Əziz Yıldırımın transferi ən qısa zamanda başa çatdırmaq üçün heyətinə göstəriş verdiyi bildirilib Sağ cinah, mərkəz hücumçu və hücumçu arxası kimi bir çox hücum sahəsində oynaya bilən Qrinvud üçün son problemlər aradan qaldırıldıqdan sonra rəsmi imzaların atılması gözlənilir


