Prezidentliyə namizəd dəli oldu, Haaland canlı yayımda açıqladı
Real Madrid prezidentliyinə namizəd olan Enrike Rikelme canlı yayımda verdiyi açıqlamalarla gündəm olub. Riquelme komandaya Erling Haaland və Rodrini gətirəcəyini iddia etdi Qarşıdan gələn prezident seçkiləri öncəsi Real Madriddə diqqətəlayiq irəliləyişlər var. Klub prezidenti Florentino Peresə rəq

Real Madrid prezidentliyinə namizəd olan Enrike Rikelme canlı yayımda verdiyi açıqlamalarla gündəm olub. Riquelme komandaya Erling Haaland və Rodrini gətirəcəyini iddia etdi Qarşıdan gələn prezident seçkiləri öncəsi Real Madriddə diqqətəlayiq irəliləyişlər var. Klub prezidenti Florentino Peresə rəqib olaraq seçki yarışına çıxan Enrike Rikelme canlı yayımda verdiyi açıqlamalarla gündəmdə iz qoyub Canlı yayımda danışan Riquelme dünya futbolunun ən önəmli ulduzlarından biri olan Erlinq Haalandı Real Madridə transfer edəcəyini bildirib. Prezidentliyə namizəd açıqlamasından sonra üzərində Haalandın adı olan formanı göstərib və transferlə bağlı çox iddialı danışıb Alicante iş adamı Enrike Riquelme müsahibəyə Haalandın adının yazılmış forması ilə qatılıb və transferlə bağlı sənədlərinin notarial qaydada təsdiqləndiyini bildirib. Bu görüntülər İspaniya mətbuatında geniş əks-səda doğurub Riquelme təkcə Haalandla kifayətlənmədi. "Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Rodrini heyətinə qatacağını açıqlayan prezidentliyə namizəd seçkidə qalib gələcəyi təqdirdə "Real Madrid"in heyətini dünya ulduzları ilə gücləndirəcəyini müdafiə edib Riquelme iddialı açıqlamalarına davam edərək, "Əgər Erling Haaland və Rodri mənimlə Real Madridə gəlməsələr, klubun 100 min üzvünün bütün haqlarını ödəyəcəm" dedi Prezidentliyə namizəd Real Madridin əfsanələri Raul və Fernando Hierro ilə bağlı planlarını da açıqlayıb. Rikelme Raulu idman direktoru, Fernando Hierronu isə klubun gənclər təşkilatı La Fabrica-nın rəhbəri təyin edəcəyini bildirib


