“Bakı-Xankəndi veloyürüşünün ikinci mərhələsinin qalibi olmaq çox xoşdur” - Fedorov
“Bu cür gözəl yarışa görə təşkilatçılara minnətdaram. Hər şey çox yüksək səviyyədə təşkil olunub. İkinci mərhələnin qalibi oldum və buna nəticəyə görə çox sevinirəm” 525.az xəbər verir ki, bunu Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının ikinci mərhələsinin qalibi olan Yevgeni Fedorov deyib Qazax

“Bu cür gözəl yarışa görə təşkilatçılara minnətdaram. Hər şey çox yüksək səviyyədə təşkil olunub. İkinci mərhələnin qalibi oldum və buna nəticəyə görə çox sevinirəm” 525.az xəbər verir ki, bunu Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının ikinci mərhələsinin qalibi olan Yevgeni Fedorov deyib Qazaxıstanın “XDS Astana Team” üzvü olan velosipedçi yarışdan sonra təşkil olunan mətbuat konfransında sevincini belə ifadə edib: “Bu yarışda rəqabət çox güclüdür. Startdan təxminən 30 nəfər irəli atılmışdı. Qalib olmaq çox xoşdur. Bizim hədəfimiz komandamızın birinci olması idi. Buna mənim, yaxud digər komanda yoldaşımın nail olması fərq etmidirdi” “Yarışda ən çətin məqam hansı idi?” sualını Fyodor belə cavablandırıb: “Yoxuş (gülür). Həqiqətən də çox çətin yoxuş idi. Növbəti mərhələdə hədəf maykanı qorumaqdır”


