Tenqri
Ana Səhifə
Dünya

Bakı səfərindən sonra Slovakiya spikeri azərbaycanlı tələbələri qəbul etdi

Slovakiya Milli Şurasının sədri azərbaycanlı tələbələri qəbul edib Bu barədə Modern.az-a Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fariz İsmayılzadə məlumat verib. Məlumata görə, qəbul Slovakiyanın paytaxtı Bratislavada baş tutub. Səfər Slovakiyanın Azərbaycandakı səfi

0 baxışmodern.az
Bakı səfərindən sonra Slovakiya spikeri azərbaycanlı tələbələri qəbul etdi
Paylaş:

Slovakiya Milli Şurasının sədri azərbaycanlı tələbələri qəbul edib Bu barədə Modern.az-a Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fariz İsmayılzadə məlumat verib. Məlumata görə, qəbul Slovakiyanın paytaxtı Bratislavada baş tutub. Səfər Slovakiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təşkil edilib və proqramda 8 azərbaycanlı tələbə iştirak edib. Deputat bildirib ki, Slovakiya parlamentinin sədri ötən ay Bakıda səfərdə olub və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirib. Tələbələrin Bratislavaya səfərinin təşklini spikerin ölkəmizdə yüksək səviyyəli qarşılanması olub. Səfər çərçivəsində iştirakçılar üçün 6 günlük mədəni və təhsil proqramı hazırlanıb. Proqram zamanı tələbələr Slovakiyanın dövlət qurumları, təhsil müəssisələri və tarixi-mədəni məkanları ilə yaxından tanış olacaqlar. Qeyd etmək olar ki, Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi mayın 13-də Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində o, Milli Məclisdə parlamentin sədri Sahibə Qafarova ilə görüşüb və iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişafı müzakirə olunub. Bu səfərin davamı kimi Slovakiyada azərbaycanlı tələbələr üçün mədəni və təhsil proqramının təşkil edildiyi bildirilir

Kaynak: modern.az

Diğer Haberler